İdman

Azərbaycanlı döyüşçü: “Maraqlı qarşılaşmalar olacaq”

Sharing is caring!


“Maraqlı qarşılaşmalar olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turniri ilə bağlı danışarkən deyib.

İdmançı Azərbaycanda belə yarış keçirildiyi üçün təşkilatçılara təşəkkür edib:

“Öz döyüşümüzlə gənclərə örnək olmaq istəyirik. “Rizin”də 2019-cu çempion olandan sonra “Bellattor”da mübarizə aparıram. Burada qonaq kimiyəm. Amma karyeramı “Rizin”də başa vuracağam. Rəqibim güclü idmançıdır. Həmişə iddialı döyüşçülərlə üz-üzə gəlmək istəyirəm. Maraqlı qarşılaşma olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Digər döyüşçü Tural Rəhimov “Rizin”də döyüşməyi çoxdan istədiyini vurğulayıb.

“Öz azarkeşlərimizin qarşısında çıxış etmək fəxrdir. Bütün fanatları gözəl döyüşlər gözləyir”.

Mehman Məmmədov və Nəriman Abbasov yaxşı qarşılaşmaların olacağını deyiblər və evdə döyüşməyi məsuliyyətini dərk etdiklərini söyləyiblər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir