Cəmiyyət

Heyvanlara qarşı görülməmiş vəhşiliyi edib satan şəxsin görüntüləri – VİDEO

Sosial şəbəkələrdə “Zoo Mir” adlı mağazada heyvanlara düzgün baxılmadığı və onlara zülm verildiyi ilə bağlı məlumat paylaşılıb. Baku TV-nin əməkdaşı iddianı araşdırmağa çalışıb. Mağaza sahibi sahibsiz heyvanların satılması ilə bağlı yayılan video haqqında açıqlama verib: “Satışda olan iki heyvan var idi. Bir neçəsini də havayı verdim ki, aparıb müalicə etsinlər”. GWARP prezidenti Fərid Mansurov sahibsiz […]

Siyasət

Azərbaycanın 50 ildən sonra Beynəlxalq Astronavtika Konqresinə yenidən ev sahibliyi etməsi rəmzi məna daşıyır

2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bakı bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan Rio-de-Janeyro, Nyu-Delhi və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat “74-cü […]

Cəmiyyət

Bakıdan Masallıya evlənmək məqsədilə 14 yaşlı qız qaçırılıb? – DİN-dən AÇIQLAMA + FOTO

Daxili İşlər Nazirliyi Bakıda 14 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı barədə yayılan xəbərlərə aydınlıq gətirib. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı iddia olunan 14 yaşlı yeniyetmə qızın Masallı rayonunda qohumunun evində olması müəyyən edilib: “Onun ailəsinə təhvil verilməsi təmin edilib. Araşdırmalarla onun qaçırılması ilə […]

Siyasət

Ağdam-Xankəndi yolunun Laçın-Xankəndi yolundan daha yaxşı olmasının səbəbi – VİDEO

Laçın-Xankəndi yolu Ağdam-Xankəndi yolundan bütün parametrləri ilə geridə qalır. Birinci yol dağların ətəyində, dar dolambaclarda salınıb. Bu, TIR-ların hərəkətini, xüsusən də qış mövsümündə, çətinləşdirir və yüklərin çatdırılması sürətini azaldır. Ağdam-Xankəndi yolu isə düzdür, örtüyü yaxşıdır. İstənilən hava şəraitində orada hərəkət etmək rahatdır. Bu barədə Caliber.Az-ın xəbərində deyilir. Qeyd olunur ki, Ağdam-Xankəndi yolu digər marşrutdan iki […]

İdman

Minifutbol üzrə Avropa Kuboku: “Zəngəzur” Yunanıstan klubu ilə heç-heçə edib

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda ikinci oyununu keçirib. Oxu.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstanın TMT klubu ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 3:3. Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, […]

Kriminal

Oğuz sakini meşədə öldürülüb, meyiti basdırılıb

Sentyabrın 14-də saat 9 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Toğrul Söhbət oğlu Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Pərvin Əlfəddin oğlu Məmmədov olduğu […]

Cəmiyyət

Bakıda 25 dərəcə isti olacaq – Sabahın HAVA PROQNOZU

Azərbaycanda sentyabrın 15-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, […]

Cəmiyyət

Rəna Cəfərova: “Beynəlxalq Astronavtika Konqresinə gəlmək üçün proseslər asanlaşdırılıb”

“Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə gəlmək istəyib viza ala bilməyənlər üçün də proseslər asanlaşdırılıb”. Oxu.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova 74-cü Beynəlxalq Astronavtika Konqresinin media brifinqində çıxışı zamanı deyib. O bildirib ki, ölkəyə gəlmək üçün viza almaqda çətinlik çəkənlərə müvafiq şərait yaradılıb: “Viza ala bilməyənlər üçün əlverişli şərait […]

Cəmiyyət

“Təmiz Şəhər” və BDYPİ “Tap qaytar” adlı yeni layihəyə start verib – FOTO

“Təmiz şəhər” ASC Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsi ilə birgə “Tap qaytar” layihəsinə başlayıb. Oxu.Az xəbər verir ki, bununla əlaqədar bu gün Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna mediatur təşkil edilib. Mediatur çərçivəsində zavodun fəaliyyəti haqqında məlumatlandırma təşkil edilib, daha sonra Bakının müxtəlif bölgələrindəki zibil qutularından tapılmış avtomobil dövlət qeydiyyat nişanları və sürücülərin […]

İqtisadiyyat

TDT-nin baş katibi: “Zəngəzur dəhlizi Avropa və Asiya arasında tranzit qovşağı olaraq gələcəyə imkanlar açır”

“Zəngəzur dəhlizi də daxil olmaqla Orta Dəhliz Avropa və Asiya arasında tranzit qovşağı olaraq gələcəyə imkanlar açır”. Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev İstanbulda keçirilən TDT Multimodal Nəqliyyat və Logistika Forumunda “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib. K.Ömüraliyev deyib ki, türk dünyasının geniş ərazisini əhatə edən TDT-yə üzv və müşahidəçi ölkələr şərqlə qərbi, […]