Cəmiyyət

Heyvanlara qarşı görülməmiş vəhşiliyi edib satan şəxsin görüntüləri – VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə “Zoo Mir” adlı mağazada heyvanlara düzgün baxılmadığı və onlara zülm verildiyi ilə bağlı məlumat paylaşılıb.

Baku TV-nin əməkdaşı iddianı araşdırmağa çalışıb.

Mağaza sahibi sahibsiz heyvanların satılması ilə bağlı yayılan video haqqında açıqlama verib:

“Satışda olan iki heyvan var idi. Bir neçəsini də havayı verdim ki, aparıb müalicə etsinlər”.

GWARP prezidenti Fərid Mansurov sahibsiz heyvanların hazırda baytarlıq klinikasında olduqlarını bildirib:

“Hadisə yerinə gələndə gördük ki, sözügedən şəxs heyvanları satmaqla məşğuldur. Vəziyyəti ağır olan heyvanlar olduğu üçün məcbur olub, onları pulla aldıq”.

F.Mansurov onu da qeyd edib ki, heyvanların saxlanılma qaydalarının hamısı pozulub:

“Hamısı bit-birə içində idi. Antisanitariya hökm sürürdü. Orada yaşayan insanlar üçün də təhlükə yaranmışdı. Üstəlik, heyvanlara qarşı amansız rəftar olunurdu. Heyvanları müalicə üçün istədiyimizi bildirəndə, mağazanın sahibi onların üzərində təcrübələr apardığını dedi”.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir