Dünya

Britaniya kəşfiyyatı: “Rusiya qoşunları Ukrayna cəbhəsinin əksər hissələrində müdafiəyə keçir”

Sharing is caring!

“Rusiya qüvvələri Ukraynada cəbhə xəttinin əksər hissələrində müdafiəyə keçir. Buna səbəb kadr çatışmazlığı və zəif hazırlıq səviyyəsidir”.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Xerson bölgəsində baş verən hadisələri təsvir edən Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiya Dneprdən qərbə doğru öz bölmələrinin bir hissəsini səfərbər edilmiş ehtiyatda olan əsgərlərlə gücləndirib. Lakin bu, şəxsi heyətin sayının son dərəcə aşağı səviyyədə olması ilə bağlı olub.

İcmalda deyilir ki, xüsusilə 2022-ci ilin sentyabrında rusiyalı zabitlər Xerson istiqamətindəki rotaları hər biri altı-səkkiz nəfərdən ibarət olmaqla təşkil edirdilər. Halbuki rotalar 100-ə yaxın şəxsi heyətdən ibarət olmalıdır.

“Son altı həftə ərzində Ukraynada cəbhə xəttinin əksər hissələrində Rusiya quru qoşunlarının uzunmüddətli müdafiə mövqeyinə açıq-aydın keçidi müşahidə olunur. Bu, çox güman ki, son dərəcə az tərkibdə olan heyətin zəif hazırlıq səviyyəsi ilə bağlıdır və bu qüvvələr Ukraynada hələlik yalnız müdafiə əməliyyatları aparmaq iqtidarındadır”, – deyə Britaniya kəşfiyyatı qeyd edib.

Britaniya Müdafiə Nazirliyinin mütəxəssislərinin fikrincə, Rusiya Ukraynada uzunmüddətli müdafiə xətlərini möhkəmləndirsə belə, onun əməliyyat planı zəif olaraq qalacaq.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir