Siyasət

Azərbaycanın 50 ildən sonra Beynəlxalq Astronavtika Konqresinə yenidən ev sahibliyi etməsi rəmzi məna daşıyır

Sharing is caring!


2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bakı bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan Rio-de-Janeyro, Nyu-Delhi və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat “74-cü Beynəlxalq Astronavtika Konqresi”nə dair brifinqdə elan edilib.

Məlumatda qeyd edilib ki, İkinci Dünya müharibəsindən sonra Soyuq Müharibə dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il federasiya, konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Azərbaycan 2003-cü ildən federasiyanın üzvüdür. Hazırda federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. 

İlk dəfə ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə və onun təşəbbüsü ilə – 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. O vaxt Azərbaycan Sovet ittifaqın tərkibində idi, indi isə ölkəmiz Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini müstəqil dövlət kimi edəcək.

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işlərinin effektiv və koordinasiyalı həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən 2022-ci ilin fevral ayında yerli qurumlardan ibarət Təşkilat Komitəsi yaradılıb.

74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən, Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir