Dünya

Mərkəzi Kəşfiyyat İdarəsi rusiyalıları “əməkdaşlığa” dəvət edir

Sharing is caring!

Mərkəzi Kəşfiyyat İdarəsi ABŞ kəşfiyyatı ilə əlaqə saxlamaq və onlara informasiya ötürmək üçün rus dilində təlimat dərc edib.

Kəşfiyyat qurumu sosial mediada informatorların təhlükəsiz şəkildə məlumatı necə ötürmələri və eyni zamanda da bunun müqabilində “ələ keçməmələri” ilə bağlı ətraflı təlimatlar yayımlayıb.

MKİ əsasən Tor internet brauzerindən istifadəni məsləhət görüb ki, bu brauzer şəbəkəyə, həmçinin də VPN-nə anonim giriş etməyə imkan verir. Bundan əlavə, qurum bu məqsədlər üçün ev və ya ofis kompüterindən istifadə etməməyi məsləhət görür.

“Biz təhlükəsiz şəkildə əlaqənin qurulmasını təmin etmək istəyirik”, – deyə Amerika kəşfiyyatının əməkdaşı bildirib. O iddia edib ki, rusiyalılar Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə yaratmağa çalışırlar.

Təlimata görə, informatorlar öz adlarını, ərazisindən müraciət etdikləri ölkəni, rəsmi vəzifələrini qeyd etməli, həmçinin “maraq doğuran məlumata hansı çıxış imkanlarının olduğunu” dəqiqliklə bildirməlidirlər. Keçmiş əməkdaşların sözlərinə görə, bütün bu məlumatlar sonra ətraflı şəkildə öyrənilir və yoxlanılır.

Bu “yeni yanaşma” ilə Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi məlumatları cəlb etmək və həmçinin Rusiyanın rəsmi gizli məlumatlarına giriş imkanı əldə etməyi nəzərdə tutduğu bildirilir.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir