Dünya

Putindən təklif: “Hərbi əməliyyatlar faciəsinə son qoymaq barədə düşünmək lazımdır”

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putin G20 sammitindəki onlayn çıxışı zamanı ölkəsinin Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyini diqqətə çatdıraraq, hərbi əməliyyatların faciə olduğunu, buna son qoymaq barədə düşünməyin zəruriliyini vurğulayıb.

“Hərbi əməliyyatlar həmişə konkret insanlar, konkret ailələr və bütövlükdə ölkə üçün faciədir. Təbii ki, biz bu faciəni necə dayandırmaq barədə düşünməliyik. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib”, – dövlət başçısı bildirib.

O, Rusiyanın Ukraynada və İsrailin Qəzzada apardığı hərbi əməliyyatları müqayisə edib. V.Putin bu iki hərbi əməliyyatın hansının daha dəhşərli olması barədə tədbir iştirakçılarına sual ünvanlayıb.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir