İdman

Qurban Qurbanov: “Dedim ki, 100 manat bonus olacaq, güldülər”

Sharing is caring!


Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə darmadağın edib.

“Qafqazinfo”nun məlumatına görə, Ağdam klubunun futbolçusu Yassin Benzia matçda het-trik edərək karyerasında ilkə imza atıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da oyunsonrası mətbuat konfransında Benziadan söz açıb:

“Futbolçu nə qədər çox qol vursa, assist etsə, özünə inamı artır, həvəslənirlər. Bura gələnə qədər onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Benzia təcrübəlidir, yaxşı formaya düşməsi üçün qolların ona faydası olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir