İdman

Türkiyə Super Liqası: Renat Dadaşovun oynadığı matçda komandası uduzdu

Sharing is caring!


Türkiyə Super Liqasında 11-ci turun oyunları çərçivəsində “Hatayspor” səfərdə “Samsunspor”la qarşılaşıb.

Millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Hatayspor” məğlubiyyətlə üzləşib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsilə yekunlaşıb.

Oyunda hesabı 36-cı dəqiqədə “Hatayspor”un futbolçusu Didye Lamkel Ze açıb. Ercan Kara 77-ci dəqiqədə penaltidən, Kinqsli Şindler isə 90+8-ci dəqiqədə fərqlənərək “Samsunspor”a qələbə qazandırıb.

Qeyd edək ki, R.Dadaşov oyuna əsas heytdə çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

14 xal toplayan “Hatayspor” turnir cədvəlinin 8-ci yeri tutur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir