Cəmiyyət

Ali Məhkəmənin Plenumu vahid məhkəmə təcrübəsinə əlçatanlığı təmin edəcək yeni qaydalar qəbul edib

Sharing is caring!


Noyabrın 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmənin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, layihə Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması, o cümlədən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olmasının, eləcə də bu hüquqi mövqeləri özündə əks etdirən məhkəmə aktlarına əlçatanlığın təmin edilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları səsverməyə çıxarılaraq təsdiq edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir