İqtisadiyyat

TDT-nin baş katibi: “Zəngəzur dəhlizi Avropa və Asiya arasında tranzit qovşağı olaraq gələcəyə imkanlar açır”

Sharing is caring!


“Zəngəzur dəhlizi də daxil olmaqla Orta Dəhliz Avropa və Asiya arasında tranzit qovşağı olaraq gələcəyə imkanlar açır”.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev İstanbulda keçirilən TDT Multimodal Nəqliyyat və Logistika Forumunda “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib.

K.Ömüraliyev deyib ki, türk dünyasının geniş ərazisini əhatə edən TDT-yə üzv və müşahidəçi ölkələr şərqlə qərbi, şimalla cənubu birləşdirən nəqliyyat, ticarət və enerji marşrutları üzrə mühüm mövqeyə malikdir.

Baş katibin fikrincə, bu baxımdan son zamanlar baş verən geosiyasi dəyişikliklər həm məsafə, həm də yükdaşımaların vaxtı və təhlükəsizliyi kontekstində Orta Dəhlizin əhəmiyyətini artırıb:

“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu dəhlizi və Zəngəzur dəhlizi ölkələrimiz üçün Avropa və Asiya arasında tranzit qovşağı olmaq üçün gələcək imkanlar açacaq. Ona görə də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçiləri arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, təşkilatımızın təsis sənədlərində qeyd olunduğu kimi, həmişə əsas prioritet olub”.

Baş katib TDT dövlət başçılarının bu məsələnin əhəmiyyətini ardıcıl olaraq vurğuladıqlarını qeyd edib:

“Liderlərimiz mövcud problemlərin həlli yolu ilə nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi istiqamətində tapşırıqlar verirlər. Bu baxımdan “Türk Dünyasına Baxış 2040” strateji sənədində də bu məsələlər bir daha vurğulanıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir