İdman

Minifutbol üzrə Avropa Kuboku: “Zəngəzur” Yunanıstan klubu ilə heç-heçə edib

Sharing is caring!


“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda ikinci oyununu keçirib.

Oxu.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstanın TMT klubu ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 3:3.

Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir