Cəmiyyət

Təhsil müəssisələrinə həkimlərin təhkim olunması ilə bağlı AÇIQLAMA

Sharing is caring!

“Təhsil alanların ilkin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasının altsisteminə inteqrasiya edilməsi məsələsi də müzakirə olunur”.

Bu barədə Oxu.Az-a TƏBİB-in şöbə müdiri Zamirə Ədilova məlumat verib.

O bildirib ki, məktəblərdə şagirdlərin fiziki və psixoloji sağlamlığı diqqət mərkəzindədir:

“Bu yaxınlarda Təhsil Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) arasında əməkdaşlıq əlaqələrinə dair görüş keçirilib. Görüşdə orta və ümumtəhsil məktəblərində, eləcə də ali təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, yeni, müasir tələblərin müəyyən edilməsi, tibb məntəqələrinin sayının artırılması, tibbi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin aparılması, aşkar edilən xəstəliklər üzrə qruplar formalaşdırılaraq, hər qrup üçün xüsusi proqramların hazırlanması, onların vaxtında müalicəyə cəlb olunması məsələləri müzakirə olunub”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir