Cəmiyyət

Rəna Cəfərova: “Beynəlxalq Astronavtika Konqresinə gəlmək üçün proseslər asanlaşdırılıb”

Sharing is caring!


“Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə gəlmək istəyib viza ala bilməyənlər üçün də proseslər asanlaşdırılıb”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova 74-cü Beynəlxalq Astronavtika Konqresinin media brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ölkəyə gəlmək üçün viza almaqda çətinlik çəkənlərə müvafiq şərait yaradılıb:

“Viza ala bilməyənlər üçün əlverişli şərait yaradılıb. Belə ki, onların iki sənədi təqdim etmələri kifayətdir. Qeyd edilən iki sənədi təqdim etməklə onlar asanlıqla viza əldə edə bilərlər. O sənədlərdən biri Beynəlxalq Astronavtika Konqresində iştirakla bağlı qeydiyyatdan keçib ödənişi tamamladığınıza dair, digəri isə “Azərkosmos” tərəfindən verilən rəsmi dəvət sənədidir.

Qonaqların ölkəyə gətirilməsi ilə bağlı AZAL, “Turkish Airlines” konqresə gələn iştirakçılar xidmət göstərəcək. Konqres iştirakçıları üçün ölkə daxilində gediş-gəlişi asanlaşdırmaq üçün isə xüsusi nəqliyyat nəzərdə tutulub. Buraya avtobuslar, taksi fəaliyyəti də daxildir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir