MARAQLI

89 yaşlı Al Paçino arvadından şübhələnib: Uşaq məndən deyil – FOTO

Dünya şöhrətli amerikalı aktyor Al Paçino 29 yaşlı sevgilisi, prodüser Nur Alfallahdan atalıq testindən keçməsini tələb edib. Bu barədə aktyora yaxın mənbələr xəbər veriblər. Belə ki, aktyorun səhhətində ciddi problemlər var. O, uzun müddətdir ki, sonsuz olduğuna əmindir. Ona görə də Alfallahın hamilə olması xəbəri aktyoru şübhəyə salıb. Qeyd edək ki, bundan əvvəl 83 yaşlı […]

Dünya

İspaniya nəhənginin baş məşqçisi türk ulduzun transferini açıqladı

Çağlar Söyüncü İngiltərənin “Lester” klubunu Madrid “Atletiko”suna dəyişib. Bu barədə İspaniya təmsilçisinin baş məşqçisi Dieqo Simeone məlumat verib. “Çağlarla çoxdan müqavilə imzalamışıq. Yeni mövsümdən bizimlə olacaq. Nəyə ehtiyacımızın olduğunu bilirik”, – deyə argentinalı mütəxəssis yerli radioların birinə söyləyib. Türkiyə millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. Onun 2018-ci ildən formasını geyindiyi “Lester” ötən mövsüm İngiltərə […]

Dünya

Marsın görüntüləri ilk dəfə canlı yayımlandı – VİDEO

Bu gün Marsın görüntüləri ilk dəfə olaraq canlı yayımlanıb. Real vaxt rejimində fotoşəkillər “Mars Express” zondu tərəfindən çəkilib. Marsın çəkilişlərinin canlı yayımını Avropa Kosmik Agentliyi həyata keçirib. Avropa zondu “Mars Express” 2003-cü ilin iyununda Baykonur Kosmodromundan buraxılıb və 3 dekabr 2003-cü ildə Marsa çatıb. Tədqiqatçılar cihazı bir neçə aydır hazırlayırlar. İndi o, Marsın səthindən 17,5 […]

Cəmiyyət

Kürdəmirdə avtomobil anidən yandı – FOTO

Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb. “Report” xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Rəmiş Neman oğlu Nərimanov ona məxsus VAZ-21015 markalı avtomobili evinin qarşısında saxlayıb. Bu zaman avtomobilin mühərrik hissəsində elektrik naqillərində qısaqapanma baş verib və nəqliyyat vasitəsi anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından […]

Cəmiyyət

İranda casus kimi həbs edilən Fəridin anası danışdı – VİDEO

İranda casus kimi həbs edilən Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin anası danışıb. Dilarə Əsgərova bildirib ki, martın 4-dən etibarən oğlundan xəbər ala bilməyib: “Mart ayında İrana gedərək orada vəkil tutdum. Polis idarələrinə getdikdə mənə bildirdilər ki, Fəridin adı həbs olunanların siyahısında yoxdur. Daha sonra məhkəməyə müraciət etdik. İyunun 1-də Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi […]

İdman

PSJ Serxio Ramosun gedişini açıqladı

2010-cu il dünya çempionu, dördqat Çempionlar Liqasının qalibi Serxio Ramos mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcək. Bu barədə cümə günü PSJ-nin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Ramosun 37 yaşı var. O, 2021-ci ildən PSJ-də çıxış edir və klubun heyətində iki dəfə Fransa çempionu olub, bir dəfə ölkə Superkubokunu qazanıb. Ramosun müqaviləsi bu […]

Cəmiyyət

Əllərindən telefon düşməyən avtobus sürücüləri: Təhlükə nə vaxtadək davam edəcək? – VİDEO

Bəzi avtobus sürücüləri məişət problemlərini elə sükan arxasında olarkən telefonla həll edirlər. “Xəzər Xəbər”in məlumatına görə, onlar avtobus hərəkətdə olarkən davamlı olaraq telefonla danışır, bəzən təhlükəli vəziyyət də yaradırlar.   Paytaxtda fəaliyyət göstərən 12 və 51 saylı marşrut xətləri üzrə işləyən avtobuslarda mövzu ilə bağlı videogörüntülər qeydə alınıb. Məsələyə münasibət bildirən 51 nömrəli avtobusların aid […]

Dünya

ABŞ İran şirkəti və onun törəməsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İran şirkəti “Arvan Cloud” və onun Dubayda yerləşən törəmə şirkəti “ArvanCloud Global Technologies”ə internetin senzurasındakı köməkçi roluna görə sanksiya tətbiq edib. Bu barədə ABŞ maliyyə departamentinin mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, məlumata görə, “Arvan Cloud”un iki təsisçisinin adı “qara siyahı”ya salınıb. Onların hər ikisi hazırda şirkətdə rəhbər vəzifələrdə çalışırlar. ABŞ hökumətinin […]

Dünya

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 120-ni keçib – YENİLƏNİB + FOTO/VİDEO

Hindistanın şərqində qatarların toqquşması nəticəsində ölənlərin sayı 120 nəfəri ötüb. Bu barədə hadisənin baş verdiyi Odişa ştatının yanğınsöndürmə xidmətinin rəhbəri Sudxanşa Sarangi məlumat verib. “120-dən çox cəsəd tapdıq, lakin qurbanların sayı arta bilər”, – o deyib. Zərərçəkənlərin sayı 850 nəfərə yaxındır. Bildirilir ki, əzilmiş vaqonlarda bir neçə yüz adam qala bilər. Qəza yerində xilasetmə əməliyyatı […]