Dünya

İspaniya nəhənginin baş məşqçisi türk ulduzun transferini açıqladı

Sharing is caring!


Çağlar Söyüncü İngiltərənin “Lester” klubunu Madrid “Atletiko”suna dəyişib.

Bu barədə İspaniya təmsilçisinin baş məşqçisi Dieqo Simeone məlumat verib.

“Çağlarla çoxdan müqavilə imzalamışıq. Yeni mövsümdən bizimlə olacaq. Nəyə ehtiyacımızın olduğunu bilirik”, – deyə argentinalı mütəxəssis yerli radioların birinə söyləyib.

Türkiyə millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. Onun 2018-ci ildən formasını geyindiyi “Lester” ötən mövsüm İngiltərə Premyer Liqasında 18-ci pilləni tutaraq aşağı liqaya düşüb.

Mənbə: NTV Spor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir