Cəmiyyət

Qərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb

Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi rayonlarda leysan yağış və dolu yağır. “Report”un məlumatına görə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarında güclü küləklə müşahidə olunan yağış yağıb. Bir neçə kəndlərə dolu düşüb. Küləkli hava səbəbindən Qazax və digər rayonların bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bundan başqa, Şəmkirdə də […]

İdman

Murad Musayev: “Arzum idi ki, “Qəbələ” ilə titulum olsun”

“İnam həmişə var idi. Şükürlər olsun ki, həm çempionatda, həm də kubokda istəyimizə çatdıq”. Bunu Oxu.Az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Murad Musayev Azərbaycan Kubokunu qazanmaları barədə danışarkən deyib. O, fikirlərinə belə davam edib: “Finalda “Neftçi” ilə oynamaq bizim üçün gözəl hiss idi. Çox sevinirik. Kubok mənim üçün çox önəmli idi. Bu klubun yetirməsiyəm, burada böyümüşəm, futbola […]

Dünya

Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibi açıqlandı – FOTO

Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibi məlum olub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında məlumat verib. Beləliklə yeni dövrdə Türkiyədə nazir olacaq şəxslərin adları və vəzifələri: Ədliyyə naziri – Yılmaz Tunc Daxili İşlər naziri – Əli Yerlikaya Xarici İşlər naziri – Hakan Fidan Xəzinə və Maliyyə naziri – Mehmet Şimşək Milli Müdafiə […]

Kriminal

Sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs həbs edildi – YENİLƏNİB + VİDEO

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim edən şəxslə bağlı iddialar və görülən tədbirlər açıqlanıb. DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, səhər də qeyd edildiyi kimi 6 vətəndaşdan daxil olan şikayət əsasında sabiq polis nəfəri Asim Kərimov barəsinə DİN-də cinayət işi başlanılıb: “Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri […]

Dünya

Ukrayna ilə Macarıstan arasında xəritəyə görə siyasi qalmaqal yaranıb

“Macarıstan hökumətinin rəsmi “YouTube” kanalında Ukrayna sərhədlərinin düzgün qeyd olunmadığı xəritənin videosu yayımlanıb. Bu, Budapeştin mövqeyi ilə bağlı rəsmi açıqlamalarına ziddir”. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur. “Krım yarımadasının Ukraynanın bir hissəsi olmayan ərazi kimi təyin edilməsi rəsmi Budapeştin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə […]

Dünya

Təbrizdə Rəisiyə qarşı “YOX” kampaniyası – FOTO

Təbrizdə İran Prezidenti İbrahim Rəisinin Şərqi Azərbaycan əyalətinə səfərinə qarşı “YOX” kampaniyası keçirilir. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, İ. Rəisinin Təbrizə səfərinə etiraz edən azərbaycanlı əlindəki kağızda yazıb: “Təbriz cəlladın yeri deyil, Rəisi, rədd ol!”.   Xeberal.az

Dünya

Almaniyada meşələri öz cənginə almış yanğın hərbi poliqona yaxınlaşıb – VİDEO

Almaniyada, Yüterboq şəhəri yaxınlığında, mayın 31-dən bəri davam edən meşə yanğınları döyüş sursatı saxlanılan hərbi poliqonun həndəvərinə çatıb. Qeyd olunur ki, yanğın 35 hektar meşə sahəsini əhatə edib. Küləyin güclənməsi alovun qarşısını almaqda çətinliklər törədir. Mənbə: ZDF telekanalı Xeberal.az

Siyasət

Erməni yalanları növbəti dəfə ifşa olundu – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Azərbaycan tarixinin silinməz yarası. 30 il əvvəl baş verən İyun qiyamının qarşısı necə alındı?  “Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər yayıldı. Erməni yalanları növbəti dəfə ifşa olundu. Sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs həbs edildi. Daxili İşlər nazirliyi məlumat yaydı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Qapı kilidləri açar olmadan da açılır: Kilidi necə seçək ki, oğrular qapımızı aça bilməsinlər?

Evlərimizin, ofislərimizin qapılarındakı kilidlər təhlükəsizliyin əsas şərtlərindən biridir. İstehsalçılar daim kilidlərin qoruyucu sistemində dəyişikliklər edir, onları yeniləyirlər ki, istehlakçıların təhlükəsizliyini daha da gücləndirsinlər.  “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir: Hamımızı narahat edən məsələlərdən biri də evimizin, ofisimizin təhlükəsizliyi, qorunmasıdır. Bunun üçün pəncərələrə barmaqlıq vurur, evin girişinə seyf qapılar qoyuruq. Bəs giriş […]

Kriminal

Bərdə sakini qardaşının həyat yoldaşını və anasını bıçaqlayıb

Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev […]