Siyasət

İran diplomatından cəfəng təklif – VİDEO

Azərbaycan-İsrail münasibətlərinin inkişafı istiqamətində baş verən istənilən hadisə qonşu İran İslam Respublikasının qətiyyən normal sayıla bilməyəcək narahatlıq və əsəbiliyinə səbəb olmaqla yanaşı, bu ölkənin mediasında da anti-Azərbaycan təbliğatın növbəti dalğasına təkan verir. Bu dəfə də belə oldu: mayın son günlərində İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başlar-başlamaz İran mətbuatında bununla bağlı isterik hay-küy qaldırılıb, […]

Kriminal

Biləsuvar sakini Cəlilabadda bıçaqlandı

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, 1999-cu il təvəllüdlü Biləsuvar rayon sakini, Rafiq Mirzəzadə qarın nahiyəsindən bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi üçün dua etdim”

“Türkiyədə keçirilən prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün çox dua etdim”. Bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib. O, bildirib ki, Ərdoğanın məğlubiyyəti fəlakətlə nəticələnə bilərdi. “Millət İttifaqı”ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu qalib gəlsəydi, milyonlarla qaçqın Avropaya axışacaqdı və Rusiyadan Macarıstana qaz nəqlində problemlər yaranacaqdı”, – deyə baş […]

Kriminal

Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürdü

Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayon Əkşəm kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Şaiq Musayevi avtomobil vurub. O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

Azərbaycan millisinin baş məşqçisi Türkiyə çempionu oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə titul qazanıb. “Report”un məlumatına görə, 36 yaşlı mütəxəssisin idman direktoru olduğu “Fomget” qadınlar arasında Superliqanın qalibi olub. Paytaxt təmsilçisi finalda “Fənərbağça”nı 4:2 hesabı ilə məğlub edib. Qeyd edək ki, Siyasət Əsgərov ötən ilin avqustunda “Fomget” klubunda idman direktoru vəzifəsinə təyinat alıb. Xeberal.az

Şou-Biznes

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” – Uğur Aslan

Fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələdə qardaşını və onun azyaşlı oğlunu itirən aktyor Uğur Aslan televiziya proqramlarından birində göz yaşlarını saxlaya bilməyib. Lent.az-ın xəbərinə görə Uğur Aslan zəlzələdən bir neçə gün sonra hündür bir təpəyə çıxıb Kahramanmaraşa baxması barədə danışıb. “Yüksəkdən baxanda yaşanan faciənin miqyasını görmək olurdu. O an təbiətin üzümüzə tüpürdüyünü hiss etdim. […]