Dünya

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 120-ni keçib – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Hindistanın şərqində qatarların toqquşması nəticəsində ölənlərin sayı 120 nəfəri ötüb.

Bu barədə hadisənin baş verdiyi Odişa ştatının yanğınsöndürmə xidmətinin rəhbəri Sudxanşa Sarangi məlumat verib.

“120-dən çox cəsəd tapdıq, lakin qurbanların sayı arta bilər”, – o deyib.

Zərərçəkənlərin sayı 850 nəfərə yaxındır. Bildirilir ki, əzilmiş vaqonlarda bir neçə yüz adam qala bilər.

Qəza yerində xilasetmə əməliyyatı qaranlıqda davam edir. 350-dən çox insan artıq rayon üzrə xəstəxanalara aparılıb. Ətraf ərazilərdəki bütün özəl və dövlət səhiyyə müəssisələri həyəcan vəziyyətinə gətirilib.

23:45

İyunun 2-də Hindistanda yük qatarının sərnişin qatarı ilə toqquşması nəticəsində ölənlərin sayı artıb.

Son məlumatlara görə, qəzanın qurbanlarının sayı 70 nəfərə çatıb.

Hazırda ölənlərin sayının dəqiqləşdirildiyi bildirilir və bu rəqəmin daha da artacağı istisna olunmur.

22:36

Hindistanda cümə günü yük qatarının sərnişin qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

Məlumata görə, qəza nəticəsində azı 50 nəfər ölüb. Hazırda ölənlərin sayı dəqiqləşdirilir. Həmçinin, 400-ə yaxın sərnişinin yaralandığı vurğulanır

Bildirilir ki, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Mənbə: TASS, news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir