Dünya

Dünyanın ən böyük ilan yuvasından qorxulu olduğu qədər möhtəşəm görüntülər – VİDEO

Kanadada “Narcisse Snake Dens” qoruğu bu il də qapılarını turistlərin üzünə açır. Ərazi dünyanın ən böyük ilan yuvalarından birinə sahibdir. Yazda cütləşmə mövsümündə saysız-hesabsız ilan yuvasından çıxır. Dünyanın hər yerindən minlərlə turist isə qorxulu olduğu qədər möhtəşəm görüntüləri izləmək üçün qoruğa yollanır. Mənbə: Haber Global Xeberal.az

Cəmiyyət

Zaqatalada kişi restoranda yeyib-içdikdən sonra qaçdı: Qadınlar evinə basqın etdilər

Bir neçə gün əvvəl Zaqatala rayonunun kəndlərindən birində qəribə hadisə baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zaqatala rayon sakini Z.Şıxıyeva (şərti) gecə saat 01 radələrində polisə müraciət edərək sərxoş halda olan iki qadının onun evinə gələrək səs-küy saldığını və həyat yoldaşını axtardıqlarını bildirib. Dərhal hadisə yerinə polis əməkdaşları yollanıb. Məlum olub ki, həqiqətən 2 […]

Cəmiyyət

Bakıda minik maşını “KamAZ”la toqquşdu: Beş nəfər xəsarət aldı – FOTO

Bakı Dairəvi yolunda taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib. APA xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib. Taksi fəaliyyəti ilə məşğul olan Əliyev Valeh Tarif oğlu idarə etdiyi “Hyundai” markalı maşınla qarşı tərəfdən gələn İmdad Yusifovun idarə etdiyi qoşqulu “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində […]

Müsahibə

“Elə bir rol oynamaq istəyirəm ki, çılğınlıq edim, desinlər, bu, Rasim Balayevdir?” – MÜSAHİBƏ + FOTO

“Mən Rüstəm İbrahimbəyovun yerini verə bilmərəm”. Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev APA-ya müsahibəsində deyib. Onunla müsahibəni təqdim edirik: – Rasim müəllim, kreslo sizə yaraşıb. – Hanı kreslo? Bu ki kreslo deyil… (əli ilə oturacağı stulu bizə göstərir) – Amma vəzifədəsiniz, özünüzü vəzifə adamı kimi necə hiss edirsiniz? – Vallah, mən heç vaxt vəzifə […]

Müsahibə

Moldova müdafiə naziri: “Rusiya bizim necə reaksiya verəcəyimizdən istifadə etmək istəyir” – MÜSAHİBƏ + FOTO

“Moldovanın hava məkanının pozulması halları da mövcuddur. Bu bir daha onu göstərir ki, Moldova necə həssasdır”. Bunu Moldova müdafiə naziri Anatoli Nosatıy “Report”un Şərqi Avropa bürosuna müsahibəsi zamanı deyib. Həmin müsahibəni təqdim edirik. – Qonşu Ukraynada gedən müharibə fonunda Moldova da təhdid qarşısındadır. Bu təhlükənin müqabilində hansı tədbirləri görürsünüz? – Məsələ Moldovada vəziyyətin necə olması, […]

Müsahibə

Murad Musayevlə “Sabah”ın dünəni, bu günü və sabahına ekskurs – MÜSAHİBƏ

Artıq 1 ildir ki, Bakıda yaşayır. Ölkəmizdə xeyli sayda əcnəbi mütəxəssis çalışıb. Bunların içində ən unudulmaz iz buraxan heç şübhəsiz ki, “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrupuna daşıyan Roman Qriqorçuk olub. İndi isə yeni sima parlamağa başlayıb. Söhbət “Sabah”ın baş məşqçisi Murad Musayevdən gedir. Rusiyalı mütəxəssislə söhbətimiz aylarla yubansa da, nəhayət ki, randevu baş tutdu. […]

Dünya

Zelenski: “Rusiyaya sülh yox, raketlər və yeni hücum üçün vaxt lazımdır” – VİDEO

“Rusiyaya sülh yox, yeni hücuma hazırlaşmaq üçün vaxt lazımdır. 21-ci əsr işğalçı ölkənin dəyişməz siyasəti üçün sonuncu əsr olmalıdır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Strategic Ark 2023” konfransının iştirakçılarına müraciəti zamanı söyləyib. “Rusiyaya sülh yox, zaman lazımdır – yeni raketlər, yeni plan, yeni hücum üçün. Bu, əsrlər boyu dəyişməmiş Rusiya siyasətinin düsturudur. 21-ci əsr həmin […]

Dünya

Konfrans Liqasında finalçılar bəlli oldular – YENİLƏNİB + VİDEO

UEFA Konfrans Liqasında ikinci finalçı “Fiorentina” olub. Oxu.Az xəbər verir ki, İtaliya təmsilçisi yarımfinalın cavab oyununda İsveçrədə “Bazel”i məğlub etməklə həlledici oyuna vəsiqə qazanıb. Qarşılaşmanın əsas vaxtı florensiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda isveçrəlilər eyni hesabla qalib gəldiyindən əlavə vaxta ehtiyac yaranıb. Burada daha bir dəfə fərqlənən “bənövşəyilər” yekunda 3:1, iki oyunun […]

Dünya

Avropa Liqası: “Roma”nın finaldakı rəqibi “Sevilya” oldu – YENİLƏNİB + VİDEO

Avropa Liqasında ikinci finalçı “Sevilya” olub. Oxu.Az xəbər verir ki, Əndəlusiya təmsilçisi yarımfinalda İtaliyanın “Yuventus” klubunu mübarizədən kənarlaşdırıb. Səfərdə 1:1 hesablı heç-heçə edən ispanlar öz meydanında da eyni hesablı bərabərliyə razılaşıblar. Əlavə olunmuş dəqiqələrdə isə “Sevilya” daha bir qol vuraraq yekun hesabda 3:2 üstün olub. İspaniya klubunun finaldakı rəqibi digər İtaliya təmsilçisi “Roma” olacaq. Mayın […]

Cəmiyyət

Xarici taksi şirkətləri casusluq edirlər? – VİDEO

Beynəlxalq taksi şirkətləri Azərbaycan qanunvericiliyini pozurlar. Xezerxeber.az xəbər verir ki, söhbət bu şirkətlərin xidmətlərindən istifadə edərkən müştərilərin qeydiyyat zamanı təqdim etdiyi fərdi məlumatların ölkə xaricində yerləşən məlumat bazalarında toplanmasından gedir. Azərbaycanda mövcud olan “fərdi məlumatlar haqqında qanun”a əsasən isə həmin informasiyanın ölkə xaricinə çıxarılması yolverilməzdir. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin […]