“Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlər saxlayır. Eyni zamanda, İrəvanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur. Bunu dəyişdirmək lazımdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib. O, qonşularla dostluğu ölkənin xarici siyasətinin əsas məqsədi adlandırıb. “Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin […]
Day: İyun 5, 2023
İsveç Futbol Federasiyası Azərbaycanla oyundakı erməni təxribatına görə cərimələnib
UEFA İsveç Futbol Federasiyasını (SvFF) cərimələyib. “Report”un məlumatına görə, buna Stokholmda sözügedən ölkənin yığması ilə Azərbaycan millisi arasında keçirilmiş AVRO-2024-ün seçmə mərhələ oyununda erməni azarkeşlərin təxribata cəhd etmələri səbəb olub. “Friends Arena”dakı matçın gedişində İsveçdə yaşayan erməni fanatlar separatçı qruplaşmaların bayrağını qaldırmağa çalışsalar da, bunun qarşısı dərhal yerli polis tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq, […]
Leyla Əliyeva Bakı Zooparkından paylaşım edib – FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkından görüntülər paylaşıb. Xeberal.az xəbər verir ki, Leyla Əliyevə paylaşımı “Instagram” hesabında edib. View this post on Instagram A post shared by Official page of Leyla Aliyeva (@leyla999) Xeberal.az
Britni Spirsin idmançı əriylə davasına mühafizəçilər qarışdı
Pop ulduz Britni Spirs və əri Sem Asqari arasındakı davanı mühafizəçiləri yatırmalı olub. Lent.az-ın xəbərinə görə, müğənni ilə əri arasında tez-tez kəskin qalmaqallar yaşanır. Hətta iş o yerə çatıb ki, cütlük bir neçə dəfə əlbəyaxa davaya çıxıb. Bu dəfə onların əlbəyaxa davasına mühafizəçilər qarışaraq onları zorla ayırıb. Cütlük hazırda rəsmən boşanmasa da, ayrı-ayrı evlərdə yaşayırlar […]
Liderlər Brüssel görüşündə hansı razılığa gəliblər? – VİDEO
Baku TV-də yayımlanan “Baku Analitik” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün detalları müzakirə edilib. Proqramın qonaqları politoloq Qabil Hüseynli və siyasi ekspert Arzuxan Əlizadədir. Ətraflı verilişi təqdim edirik: Xeberal.az
Azərbaycanlı sürücü Rusiyada sükan arxasında öldü – FOTO
Volqoqrad yaxınlığındakı dayanacaqda yük maşını sürücüsü ölü tapılıb. Hadisə Svetloyarski rayonunun Tsatsa kəndində baş verib. Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq Komitəsinin rəhbərinin media ilə əlaqələr üzrə böyük köməkçisi Daria Buyanovanın verdiyi məlumata görə, sürücü “Mercedes” markalı yük maşını ilə Moskvadan Bakıya səfər edirmiş. “Sürücü gecə avtomobilini “İmperiya” kafesinin yaxınlığındakı dayanacaqda saxlayıb. Kişinin meyiti […]
Voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi PAOK-a da rəhbərlik edəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil Yunanıstanın PAOK klubuna da rəhbərlik edəcək. “Report” xəbər verir ki, türkiyəli mütəxəssis eyni anda iki komandanın sükanı arxasında fəaliyyət göstərəcək. Qeyd edək ki, son klubu “Qalatasaray” olan Ataman Güneyligil ölkəsinin U-20 və U-23 yığmalarına da başçılıq edib. Xeberal.az
Türkiyədə həyəcanlı anlar yaşandı – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışdı. Baş diplomatlar hansı məsələləri müzakirə etdilər? Kimyəvi maddələr yanğına səbəb oldu. Türkiyədə həyəcanlı anlar yaşandı. “Son yağışlar körpünün dirəklərini tamam aparıb”. Aramsız yağan leysan bir sıra bölgələrdə fəsadlar törətdi. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az
Slutski: “İlham Əliyev Qarabağı Vətənə qaytardı”
“Azərbaycan Prezidenti İlham Əliyev atasının əsas vəsiyyətlərindən birini yerinə yetirdi: Qarabağı Vətənə qaytardı”. Bunu “Report”a Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, LDPR partiyasının lideri Leonid Slutski bildirib. Deputat qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını, sosial siyasətini, logistika infrastrukturunu gücləndirmək yolu ilə inamla gedir: “Azərbaycan Rusiya üçün etibarlı strateji tərəfdaşdır”. O qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanla […]
Belarus Azərbaycanla iqtisadi əməkdaşlığın perspektivlərini açıqladı
“Dünyadakı ağır siyasi vəziyyət Azərbaycan və Belarus arasındakı münasibətlərə heç bir mənfi təsir göstərməyib və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq ölkələr arasında əlaqələrin gələcək inkişafının flaqmanıdır”. BELTA-dan verilən məlumata görə, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Bakıda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası zamanı ikitərəfli əməkdaşlığın perspektivlərini açıqlayarkən deyib. Onun sözlərinə görə, Belarus […]