Siyasət

Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağın vacibliyindən danışdı

Sharing is caring!


“Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlər saxlayır. Eyni zamanda, İrəvanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur. Bunu dəyişdirmək lazımdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.

O, qonşularla dostluğu ölkənin xarici siyasətinin əsas məqsədi adlandırıb.

“Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”, – deyə Paşinyan vurğulayıb.

O, əlavə edib ki, bir sıra praktik və psixoloji problemlər üzündən Ermənistan cəmiyyəti üçün bu ismarışı həzm etmək asan deyil.

Ermənistan hökumətinin başçısı bildirib ki, ölkəsi Rusiya ilə əməkdaşlıq etməklə Qərbin sanksiyalarından yayınmağa çalışır.

“Ancaq sanksiyalar qırmızı xətdir. Biz bunu Rusiyaya çox açıq şəkildə deyirik: Sizə zərər vermək istəmirik, lakin sanksiyalara məruz qalmağa imkanımız yoxdur”, – baş nazir qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir