Siyasət

Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı açıqlaması – TAM MƏTN – YENİLƏNİB + VİDEO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib. Şarl Mişel açıqlamasında deyib: – Axşamınız xeyir, xanımlar və cənablar. Bu gün biz böyük məmnuniyyətlə Prezident Əliyevi və baş nazir Paşinyanı Brüsseldə təşkil olunmuş beşinci görüşdə […]

İdman

“Arsenal”dan böyük hesablı məğlubiyyət, “Mançester Siti” üçün çempionluq şansı tezləşdi – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasında XXXVI turunda çempionluğa iddiaçı “Arsenal” məğlubiyyətlə üzləşib. Oxu.Az xəbər verir ki, London klubu öz meydanında “Brayton”a böyük hesabla uduzub – 0:3. 36 matçda 81 xal toplayan “Arsenal” ikinci pillədədir və lider “Mançester Siti”dən 4 xal geri qalır. “Şəhərlilər”in qarşıda 3 oyunu var. Növbəti turda “Mançester Siti” qalib gəlsə, çempion olacaq. 19:13 İngiltərə Premyer […]

Şou-Biznes

“Eurovision”un qalibinin mahnısında plagiatlıq İDDİASI

“Tattoo” mahnısında “Eurovision 2023” qalibləri Loreen ukraynalı müğənni Mika Nyutonun hələ 2005-ci ildə lentə alınmış trekinin plagiat olduğu görülüb.  Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, “Twitter” istifadəçilərinin diqqətini çəkib. Sosial şəbəkələrdə iki ifaçının mahnıları birləşdirilərək onların oxşar cəhətləri diqqətə çatdırılıb. Ukraynalı müğənninin özü “Instagram”da şərhçilərin suallarına cavab olaraq “Eurovision”un nəticələrini şərh etmək istəmədiyini bildirib. […]

Müharibə

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub. Xeberal.az

Siyasət

Azərbaycan XİN başçısının müavini Blinkenin köməkçisinin müavini ilə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson arasında telefon danışığı baş tutub, tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib. Oxu.Az xəbər verir ki, nazir müavini Elnur Məmmədov Azərbaycanın Ermənistanla normallaşma, […]

İdman

Atıcılıq üzrə “Dünya Kuboku 2023″ün son günü: bugünkü qalib medalını anasına həsr etdi – FOTO/VİDEO

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” sona çatıb.  Bu gün 2 növdə mükafatçılar bəlli olub. Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi keçirilib. Bu finalda 6 idmançı yarışıb. Almaniyalı Florian Peter 27 xalla üçüncü yeri tutub. Gümüş medalı Fransa təmsilçisi Klemen Besua 32 xalla əldə edib. Yarışın qalibi isə […]

Cəmiyyət

“Azəriqaz” qaz sayğaclarına kənar müdaxilə barədə çağırış edib – VİDEO

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ənvər Əlixanov küçələrində yerləşən malikanə tipli fərdi yaşayış evlərində həyatı rəngarəng yaşamaq üçün hər bir şərait mövcuddur. SOCAR “Azəriqaz” İB-dən verilən məlumata görə, bu malikanələrin sahibləri isə çox təəssüf ki, bu rəngarənliyi fərdi yaşayış evlərinin qaz sayğaclarına da şamil ediblər. Məlumata görə, hər iki fərdi yaşayış evinin qaz sayğacının daxilinə […]

MARAQLI

“Əməkdar Həkim” , “Prezident Təqaüdçüsü” olmasam da, özümü “ ULU ÖNDƏR MÜKAFATÇISI” hesab edirəm….

Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə […]

Siyasət

Türkiyəli nazir: “Əsas arzumuz seçkilərin nəticəsinin xalqın iradəsi ilə müəyyənləşməsidir”

“Biz əsas səylərimizi xalqın iradəsinin seçkilərin nəticəsini müəyyənləşdirməsi istiqamətində səfərbər etmişik”. “Report” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık İstanbulda prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, seçkilər demokratiyanın gözəlliyidir: “İnşallah, Türkiyənin yeni əsrini hamımız birlikdə inşa edəcəyik”. Nazir vətəndaşları səsvermə prosesində fəal iştirak etməyə […]