İdman

“Arsenal”dan böyük hesablı məğlubiyyət, “Mançester Siti” üçün çempionluq şansı tezləşdi – YENİLƏNİB + VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında XXXVI turunda çempionluğa iddiaçı “Arsenal” məğlubiyyətlə üzləşib.

Oxu.Az xəbər verir ki, London klubu öz meydanında “Brayton”a böyük hesabla uduzub – 0:3.

36 matçda 81 xal toplayan “Arsenal” ikinci pillədədir və lider “Mançester Siti”dən 4 xal geri qalır.

“Şəhərlilər”in qarşıda 3 oyunu var. Növbəti turda “Mançester Siti” qalib gəlsə, çempion olacaq.

19:13

İngiltərə Premyer Liqasında XXXVI tur davam edir.

Oxu.Az xəbər verir ki, lider “Mançester Siti” “Everton”un qonağı olub. Matç Pep Qvardiolanın komandasının qələbəsi ilə başa çatıb – 3:0

“Şəhərlilər”ə qələbə qazandıran qolları dubl edən İlkay Gündoğan və Erlinq Holann vurublar.

Qələbə sayəsində “Mançester Siti” ən yaxın izləyicisi “Arsenal”la xal fərqini 4-ə yüksəldib. Komandanın 85 xalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir