Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 89,27 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,10 faiz səslə öndədir. Xeberal.az xəbər verir ki, ikinci yerdə 44,11 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz). Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir. Parlament seçkilərində səsvermə bülletenlərinin 83,60 faizinin sayılmasından […]
Day: İyun 5, 2023
Azərbaycan nümayəndə heyəti Moskvada ulu öndər Heydər Əliyevin yubiley tədbirlərində iştirak edəcək – FOTO
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 14-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Moskva şəhərinin Vnukovo-2 beynəlxalq hava limanında nümayəndə heyətini Rusiya […]
Ərdoğan: “Seçkilərin sülh içərisində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir” – FOTO
“14 May seçkilərinin sülh və əmin-amanlıq içərisində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir”. Xeberal.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də qeyd edib. “Seçki müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti səslərin […]
Şamaxıda piyadaları avtomobil vurub – FOTO
Şamaxıda piyadaları maşın vurub. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində iki nəfər ağır bədən xəsarətləri alıb. Şamaxı sakini Tural Orucov idarə etdiyi “90 EO 117” dövlət nömrə nişanlı “Priora” markalı avtomobillə piyadaları vurub. Hadisə nəticəsində xəsarət alan Şamaxı sakinləri 2010-cu il təvəllüdlü Zülfüqarov İsmayıl Arif oğlu və 2001-ci il təvəllüdlü Əhmədov Xəyal […]
Zelenski Avropa ölkələrinin birləşməsinə verdiyi töhfəyə görə mükafatlandırıldı – FOTO
Almaniyanın Axen şəhərində Ukrayna prezidenti Volodimir Zelenski “Böyük Karl” mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində çıxış edən Almaniya kansleri Olaf Şolz Avropanın Zelenskiyə çox şey borclu olduğunu bildirib. Mükafatlandırma mərasimində həmçinin Axen şəhərinin meri Sibilla Koypen, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Polşanın Baş naziri Mateuş Moravyeçki də iştirak ediblər. “Böyük Karl” Mükafatı hər […]
Ukrayna ordusu Baxmutda 10-dan çox mövqeyi ələ keçirib
Ukrayna hərbçiləri şəhərətrafı qəsəbələrdə Baxmut istiqamətində irəliləməyə davam edir. Müdafiə qüvvələri qarşı tərəfin ondan çox mövqeyini ələ keçirib. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib. “Bu gün bölmələrimiz Baxmut ərazisinin şimalında və cənubunda ondan çox düşmən mövqelərini ələ keçirib və İvanovski rayonundakı meşənin əhəmiyyətli hissəsini təmizləyib”, – o deyib. Malyar əlavə edib ki, Ukrayna […]
Mingəçevirdə yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
Mingəçevirdə yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd masa, 1 ədəd ütü və pərdə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından […]
Keçmiş “Barselona”lı Avropa çempionu vəfat edib
İspaniya yığması ilə 1964-cü ildə futbol üzrə Avropa çempionu olmuş Ferran Olivelya 87 yaşında vəfat edib. Bu barədə bazar günü mərhumun vaxtilə çıxış etdiyi “Barselona” futbol klubunun mətbuat xidməti məlumat yayıb. Ölümün səbəbləri açıqlanmayıb. Bildirilib ki, Olivelya futbolçu karyerası ərzində müdafiəçi kimi çıxış edib və 1964-1969-cu illərdə kapitanı olduğu İspaniyanın “Kondal” və “Barselona” komandalarında top […]