Siyasət

Fransa riyakar planı işə salır: Paris erməniləri silahlandırmağa başlayacaq

Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. Caliber.az-ın əldə etdiyi etibarlı məlumatlara görə, bir müddət əvvəl Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumat öz təsdiqini tapıb. Bildirilib ki, bu addım ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki olaraq rəsmiləşdirilir. […]

Dünya

Pakistan Ali Məhkəməsi həbs olunan İmran Xanla bağlı qərar verdi – VİDEO

Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib. Bu barədə “Geo” TV məlumat yayıb. Məlumata görə, məhkəmə siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib. Xatırladaq ki, Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham […]

Cəmiyyət

Bakıda çökən yolda bərpa işləri nə zaman həyata keçiriləcək? – YENİLƏNİB + VİDEO

Bakıda 8 Noyabr prospektində çökən yolla bağlı Avtomobil Yolları Dövlət Agentliyi açıqlama verib. Qurumun sözçüsü Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, kommunikasiya xətləri yolların, küçələrin, prospektlərin altı ilə çəkildiyi üçün onlarda kiçik nasazlıqlar yarandığı zaman bir müddətdən sonra yolda çökmə hadisəsi baş verir: “Sözügedən ərazidə aidiyyəti qurumların əməkdaşları birgə araşdırmalar aparırlar. Problem tam olaraq müəyyən […]

Cəmiyyət

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının qurultayı keçirilib, yeni prezident seçilib – FOTO

İsrailin Rişon le-Sion şəhərində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV qurultayı keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat yayıb. Bildirilib ki, “Beyt-a-Am” Mədəniyyət Mərkəzində baş tutan tədbirdə “Azİz”in İsrail üzrə nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), ölkənin siyasi, mədəni elitasının təmsilçiləri və media mənsubları iştirak ediblər. Qurultay iştirakçıları Mark Aqarunov və Salman Rabayevin […]

Müharibə

Şəhid Orxanın atası: “Bu gün evə gələcəkdi” – VİDEO

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. Baku TV xəbər verir ki, şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə, çətin də olsa, oğlu barədə danışıb. Şəhid atası qeyd edib ki, oğlu bu gün evə gəlməli imiş: “İki qız, iki oğul idilər. […]

Cəmiyyət

Azərbaycandan Ermənistana sərt cavab – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistan silahlı qüvvələri “D-30” toplarından istifadə edir. Ordumuzun bölmələri yenə atəşə tutuldu. Şəhidimizin qisası alındı. Düşmənin hərbi infrastrukturunun məhv edilməsi ilə bağlı anbaan görüntülər yayıldı. “Azərbaycan Ermənistana sərt cavab verməlidir”. Rusiyalı hərbi ekspert rəsmi İrəvanın növbəti təxribatını pislədi. Bakıda avtomobil yolu çökdü. Ərazidə uzun tıxac yarandı. Daha ətraflı BAKU NEWS-un […]

Dünya

ÜST: “Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət sona çatdı”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyilə bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını elan edib. O, cümə axşamı Cenevrədəki brifinqdə çıxışı zamanı bu qərarı qlobal fövqəladə vəziyyətin elan edildiyi 2022-ci ilin iyul ayı ilə müqayisədə yoluxma hallarının sayının əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirib. “Dünən meymunçiçəyi üzrə fövqəladə komitə mənə tövsiyə etdi […]

Dünya

“Beşiktaş” “Sabah”la oyun üçün xatirə biletləri satışa çıxardı

“Beşiktaş” “Bırakmam Seni Türkiyem” yardım kampaniyası çərçivəsində “Sabah”la keçirəcəyi yoldaşlıq oyunu üçün xatirə bilətləri satışa çıxarıb. İstanbul təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, biletlərin qiyməti 100 TL (8,69 AZN) təşkil edir. Xatirə biletlərinin satışında məqsəd əldə olunacaq vəsaitin zəlzələ qurbanları üçün xərclənməsidir. “Sabah” – “Beşiktaş” qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika […]

Dünya

Ərdoğan: “Muharrem İncenin namizədliyini geri götürməsinə təəssüfləndim”

“Namizədlərdən biri geri çəkildi, səbəbini anlamaq mümkün deyil”.   Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Mamak mitinqində çıxışı zamanı “Memleket” Partiyasının sədri Muharrem İncenin namizədliyini geri çəkməsi ilə bağlı deyib. Ərdoğan Mamak mitinqində vətəndaşlara müraciət edib.   “Ümid edirəm ki, bazar günü balkon çıxışımıza hazırlıq görmüsünüz. Qutular partlamalıdır. Namizədlərdən biri namizədliyini geri götürüb, səbəbini […]