Şou-Biznes

Yeddi ildən sonra ilk konsert turuna çıxdı: 57 gün davam edəcək

Dünya şöhrətli pop müğənni Beyons 57 günlük konsert turuna çıxıb. Lent.az-ın məlumatına görə, onun ilk konserti Stokholm şəhərində olub. Turun məqsədi müğənninin yeddinci albomu “Renaissance”ni təbliğ etməkdir. Konsertlərdə dekorasiyalar ən yüksək şəkildə təşkil olunub. Müğənni ilk konsertində pirotexnikadan, disko şarlardan, nəhəng, hərəkətli robotlardan istifadə edib. O səhnəyə parlaq, metal tankın üzərində çıxıb.  

Şou-Biznes

Televiziya aparıcısı əyləncə zamanı öldü – FOTO

İtaliyada keçirilən "Böyük Qardaş" yarışma proqramı ilə məşhurlaşan televiziya ulduzu Monika Sirianni ölüb. Lent.az xarici mediaya istinadla bildirir ki, dostları ilə İtaliyanın Katanzaro əyalətindəki Soveria Mannelli bölgəsinə gedən Monika Sirianni əylənərkən yıxılıb. Bildirilib ki, 37 yaşlı Monika Siriannini xilas etmək mümkün olmayıb. İnfarkt keçirmiş ola biləcəyi ehtimalına diqqət çəkən Monika Sirianninin ölümünün dəqiq səbəbi hələ […]

Siyasət

Hulusi Akar: “Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişafı vacibdir”

“Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı vacibdir”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı-2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə deyib. Nazir çıxışında birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. Hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən H.Akar bu təlimlərin hərbçilərin təcrübə qazanması üçün çox vacib olduğunu, hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki […]

Siyasət

“Anadolu Qartalı-2023”: Su-25-lərə quraşdırılan yeni raketin sınaq atışı nümayiş etdirilib – FOTO/VİDEO

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin […]

Cəmiyyət

Əlibaba Məmmədovun qəbirüstü abidəsinin eskizi geri qaytarılıb, yenisi hazırlanır

Ötən il fevralın 25-də vəfat edən görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb. Məsələ ilə əlaqədar sənətkarın qızı Rəqsanə Məmmədli APA-ya bildirib ki, qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmayıblar. “Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”, – muğam ustadının qızı deyib. Rəqsanə Məmmədli əvvəlki eskiz […]

Cəmiyyət

Şəmkir və Daşkəsəndə dolu yağıb – YENİLƏNİB + FOTO/VİDEO

Gəncə və ətraf rayonlarında höküm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb. APA xəbər verir ki, bu gün axşam saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə ərzində rayonun Dəsdəfur kəndinə dolu düşüb. Həmçinin güclü yağış nəticəsində Quşçu kəndinə sel gəlib. Hazırda Qərb bölgəsində yağışlı hava şəraiti davam edir. 19:12 Mayın 11-də Şəmkir rayonunun mərkəzinə, […]

Dünya

TBMM-in deputatı: “Togg” bir neçə il ərzində hamının sahib olmaq istədiyi avtomobilə çevriləcək”

“Togg” bir neçə il ərzində təkcə Türkiyədə deyil, həm Azərbaycanda, həm də bir çox başqa ölkələrdə hamının sahib olmaq istədiyi avtomobilə çevriləcək”. Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına hakim Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisində Ədirnəni təmsil edən deputat Fatma Aksal deyib. “Togg”un ilk dəfə Ədirnə şəhərində olduğunu söyləyən deputat […]

Dünya

Dubay hakimiyyəti Ermənistan təyyarəsinə eniş icazəsi vermədi

“Flyone Armenia” aviaşirkətinə məxsus təyyarə aviasiya rəhbərliyinin qadağası səbəbindən Dubay hava limanına enə bilməyib. Bu barədə cümə axşamı şirkətin idarə heyətinin rəhbəri Aram Ananyan məlumat verib. “Dubay aviasiya rəhbərliyi “Flyone” şirkətinin İrəvan-Dubay-İrəvan reysinin Əl-Məktum hava limanına enməsini qadağan edib. Aviaşirkət uçuş üçün bütün icazələri əvvəlcədən alıb. Təyyarə İranın Kiş hava limanına enib və hazırda İrəvana […]

Siyasət

İsrailin sabiq baş naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

1999-2001-ci illərdə İsrail Dövlətinin Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ehud Barak Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Hörmətli Prezident İlham Əliyev! Sizin mərhum atanız Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu günlər görkəmli siyasi xadimin, tarixi şəxsiyyətin və Liderin, müasir müstəqil Azərbaycanın banisinin həyat […]

Cəmiyyət

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var – YENİLƏNİB

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub. “Report”un məlumatına görə, “QAZel” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.  Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.  Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.  Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir. 20:29 […]