Dünya

Almaniya kansleri: “Putinin raketləri, tankları və əsgərləri bizi qorxutmur”

Almaniya kansleri Olaf Şolz avropalıları Moskvada güc nümayişindən qorxmamağa və Aİ-ni Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. O, bu barədə Avropa Parlamentində çıxışı zamanı danışıb. “Bu gün Putin raketlərini, tanklarını və əsgərlərini nümayiş etdirir. Bu, bizi qorxutmur və biz Ukraynaya dəstəyimizdə dəyişməz olaraq qalırıq”. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qırmızı Meydanda […]

Siyasət

Yuşşenko Heydər Əliyev haqqında: “Düşünürəm ki, ən dahi azərbaycanlı ilə bağlı danışırıq” – VİDEO

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Heydər Əliyevlə xatirələri barədə danışıb. O, 1990-cı ildə Ulu Öndərlə Naxçıvandakı görüşü barədə ilk dəfə mətbuata açıqlama verib. “Düşünürəm ki, ən dahi azərbaycanlı haqqında danışırıq. Heydər Əliyev müasir Azərbaycanın əsasını qoyan şəxsdir”, – deyə V.Yuşşenko qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Sabunçuda binadakı partlayışda ölən və yaralananların kimliyi AÇIQLANDI – YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində İvan Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış nəticəsində ölən və yaralananların kimliyi bəlli olub. “Report”un məlumatına görə, Rüstəmli Orxan Aslan oğlu hadisə nəticəsində həlak olub. 1984-cü il təvəllüdlü Nuriyeva Gülnarə Şahmar qızı və 2010-cu il təvəllüdlü Ağayev K.İ. müxtəlif dərəcəli xəsarətlər alıb. 01:20 Bakı şəhərinin Sabunçu rayonunun […]

Dünya

Estoniya – Rusiya sərhədində Putinin “qanlı” təsviri peyda oldu – FOTO

Estoniyada Rusiya ilə sərhəddə yerləşən Narva qəsrinin divarında Rusiya prezidenti Vladimir Putinin təsviri olan plakat peyda olub. Təsvirin üzərində dövlət başçısını hərbi cinayətlərdə ittiham edən şüar yazılıb. Məlumata görə, aksiya 9 May Qələbə günü səbəbindən Narva Muzeyi tərəfindən təşkil olunub. Bildirilib ki, əlamətdar tarix münasibətilə Estoniya ilə sərhəddəki İvanqorod qalası yaxınlığında (Leninqrad vilayəti) konsert təşki […]

Cəmiyyət

Şəkidə taxıl sahələri məhv olmaq üzrədir – VİDEO

Şəkidə dəmyə üsulu ilə əkilən taxıl sahələri məhv olmaq üzrədir. Xezerxeber.az-ın məlumatına görə, səbəb yağıntının az olmasıdır. Şəkinin Çayqaraqoyunlu və ətraf kəndlərində yüzlərlə hektar səhədə taxıl bitkiləri quruyaraq məhv olmaq təhlükəsi ilə qarşılaşıb. Fermerlərin sözlərinə görə, keyfiyyətli toxumdan istifadə ediblər. Bütün aqrotexniki qaydalara əməl olunub. Qış aylarında yaşanan quraqlıq, xüsusilə küləkli günlərin çox olması səbəbindən taxıl […]

Dünya

Çavuşoğlu Rusiyada terrorizmə qarşı mübarizə və Suriya məsələsini müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri zamanı Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması məsələsini müzakirə etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı, mayın 9-da nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, XİN rəhbəri eyni zamanda terrorla mübarizə mövzusunu qaldıracaq, humanitar məsələləri, siyasi prosesləri, qaçqınların Suriyaya könüllü və təhlükəsiz qayıtmasını müzakirə edəcək. “İkitərəfli görüşlər də […]

Dünya

İstanbulda törədilən terror aktı ilə bağlı məhkəmə prosesi başlayıb

2022-ci ildə İstanbulun İstiqlal küçəsində terror aktı törətməkdə təqsirləndirilən şəxslərin işi üzrə ilk məhkəmə iclası çərşənbə axşamı keçirilib. Məlumata görə, iclas İstanbul 13-cü Ali Cəza Məhkəməsində baş tutub. Terror aktının icraçısı Əhlam əl-Bəşirlə birlikdə bu işdə 36 müttəhim iştirak edir. Əl-Bəşir iclasda ittihamnamənin ərəb dilinə tərcümə edilməməsi səbəbindən müdafiə çıxışı etməyib. Bununla bağlı o, növbəti […]

Cəmiyyət

Ucarda yük maşını piyadanı vuraraq öldürdü

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə rayonunun Bağman kəndi yolunda qeydə alınıb. “Ford” markalı yük avtomobili yolu keçən piyada, 20 yaşlı Şamil Vüqar oğlu Əliyevi vurub. Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, ağır xəsarət alan Ş.Əliyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

“Mançester Siti” Madrid səfərindən sərfəli nəticə ilə dönür – VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnirin son qalibi olan İspaniya “Real”ı (Madrid) finala gedən yolda İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1. Hesabı 36-cı dəqiqədə Vinisius Junior açıb, 67-ci dəqiqədə isə Kevin De Bruyne “şəhərlilər”in bərabərlik qolunu vurub. Cavab oyunu […]

Dünya

Siyasi arenada sözünü çəkinmədən deyən prezident – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini beynəlxalq arenada hər zaman layiqincə təmsil etməyə çalışıb. İnandığı və qət etdiyi yolda qarşısına çıxan bütün maneələri dəf etməyi bacaran lider hələ baş nazir olduğu vaxtda Davosda keçirilən Dünya İqtisadi Forumunda İsrail prezidenti Şimon Peresə verdiyi cavabla və paneli tərk etməklə siyasət tarixinə damğasını vurmuşdu. NATO-nun ən güclü orduya sahib […]