Dünya

İstanbulda törədilən terror aktı ilə bağlı məhkəmə prosesi başlayıb

Sharing is caring!


2022-ci ildə İstanbulun İstiqlal küçəsində terror aktı törətməkdə təqsirləndirilən şəxslərin işi üzrə ilk məhkəmə iclası çərşənbə axşamı keçirilib.

Məlumata görə, iclas İstanbul 13-cü Ali Cəza Məhkəməsində baş tutub.

Terror aktının icraçısı Əhlam əl-Bəşirlə birlikdə bu işdə 36 müttəhim iştirak edir.

Əl-Bəşir iclasda ittihamnamənin ərəb dilinə tərcümə edilməməsi səbəbindən müdafiə çıxışı etməyib. Bununla bağlı o, növbəti məhkəmə iclasında çıxış etməyi planlaşdırır.

Türkiyə Baş Prokurorluğu terror aktını törədənin 3 min ilə qədər həbs cəzasına məhkum edilməsini xahiş edir.

Xatırladaq ki, 2022-ci il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Müstəntiqlərin fikrincə, hücumda Kürdüstan Fəhlə Partiyası və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələri iştirak edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir