Dünya

BMT Baş Assambleyasının 78-ci sessiyasında Fransanın hüquqazidd davranışları müzakirə olunur

Sharing is caring!


BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin mənzil qərargahında Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı dəyirmi masa öz işinə başlayıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, tədbirdə BMT rəsmiləri, beynəxalq təşkilata üzv ölkələrin hökumət nümayəndələri, xüsusilə, dünyada müstəmləkəçiliyə məruz qalan dövlətlərin və xalqların (Karib adaları, Cənubi Amerika ölkələri, Sakit okean və Hind okeanı xalqları) təmsilçiləri iştirak edirlər.

Gün ərzində davam edəcək müzakirələrdə tarixən müstəmləkəçiliyi dövlət siyasətində ən sistemli və qəddar şəkildə tətbiq edən Fransanın beynəlxalq hüquqazidd davranışları müzakirə olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir