Dünya

Çavuşoğlu Rusiyada terrorizmə qarşı mübarizə və Suriya məsələsini müzakirə edəcək

Sharing is caring!


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri zamanı Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması məsələsini müzakirə etməyi planlaşdırır.

Bu barədə çərşənbə axşamı, mayın 9-da nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, XİN rəhbəri eyni zamanda terrorla mübarizə mövzusunu qaldıracaq, humanitar məsələləri, siyasi prosesləri, qaçqınların Suriyaya könüllü və təhlükəsiz qayıtmasını müzakirə edəcək.

“İkitərəfli görüşlər də nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Çavuşoğlunun işgüzar səfərində əsas məqsəd mayın 10-da Moskvada keçiriləcək dördtərəfli görüşdə iştirak etməkdir. Danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian və Suriyanın xarici işlər naziri Feysəl Mikdad da iştirak edəcəklər.

Mənbə: Milliyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir