Müharibə

Cəbrayıl rayonunun Alıkeyxalı kəndi – FOTO

Cəbrayıl rayonunun Alıkeyxalı kəndi dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi yerlə bir edərək xarabalığa çeviriblər. Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Alıkeyxalı kəndinin […]

Kriminal

Komitə sədri Sumqayıtda məşq zamanı ölən uşaqla bağlı məsələyə münasibət bildirib – FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovla bağlı məsələyə münasibət bildirib. Oxu.Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, komitə səlahiyyətləri çərçivəsində məsələ ilə məşğul olub: “Məsələ nəzarətimizdədir. Hadisə […]

İdman

Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq

Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Oxu.Az xəbər verir ki, Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib. “Qarabağ”ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadə matçlardan əvvəl bu cür yad olunacaq. I Divizionda dünən keçirilmiş oyunlar da bir dəqiqəlik sükutla başlayıb. Qeyd edək ki, Premyer Liqada […]

Kriminal

Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb – FOTO

Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Ə.M. saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə şöbəyə gətirilib. Onun avtomobilində müvafiq axtarış aparılarkən bir bükümdə psixotrop maddə olan metamfetamin tapılıb. Araşdırmalarla həmin şəxsin narkotiki pul qarşılığında […]

Dünya

Trampın işi üzrə məhkəmə qərarı açıqlandı

ABŞ-nin andçılar məhkəməsi heyəti eks-prezident Donald Trampın yazıçı Elizabet Karrola təcavüz etmədiyini bildirib. Lakin keçmiş dövlət başçısı qadına qarşı cinsi qısnamada təqsirli bilinib. Həmçinin, məhkəmənin fikrincə Tramp Karrola qarşı böhtana görə məsuliyyət daşıyır. Yekun qərar əsasən, siyasətçi ona qarşı ittiham irəli sürən yazıçıya təxminən 5 milyon dollar təzminat ödəməlidir. Mənbə: TASS Xeberal.az

Dünya

Gürcüstan Portuqaliya ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

Portuqaliyanın müdafiə naziri Elena Karreyras Tiflisə ilk işgüzar səfəri zamanı Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalayıb. Bu barədə çərşənbə axşamı Gürcüstan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Danışıqlar çərçivəsində müdafiə nazirləri Portuqaliya Respublikasının Milli Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair sənəd imzalayıblar”, – məlumatda deyilir. […]

Dünya

Rusiya üzərində Xüsusi Tribunalın yaradılmasını 37 ölkə dəstəkləyir – FOTO

Ukraynaya qarşı təcavüz cinayətinə dair Rusiya üzərində Xüsusi Tribunalın yaradılması artıq 37 ölkə tərəfindən dəstəklənib. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz “Twitter” səhifəsində yazıb. “Bu gün Volodimir Zelenski Ukrayna Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Xüsusi Tribunalın əsas qrupunun mühüm sammitini keçirib. 37 iştirakçı Rusiyanın ali rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyətə […]

İdman

Buskets “Barselona”dan gedir

Serxio Buskets “Barselona”dan ayrılmaq qərarına gəlib. Yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi iyunun 30-da başa çatır. Məlumata görə, 34 yaşlı futbolçu mövsümün sonunda “Barsa”dan ayrılmaq qərarını komanda daxilində açıqlayıb. Onun nə vaxt rəsmi açıqlama verəcəyi hələlik məlum deyil. Ola bilsin ki, o, “Barselona”nın La Liqada titul qazanmasını gözləyəcək. Bunun artıq Espanyolla növbəti oyunda baş vermə ehtimalı […]

Dünya

BMT: “İranda bu il ən azı 209 nəfər edam olunub”

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İranda edamların sayının çox olmasından narahat olduğunu bildirib və hakimiyyəti əksər ölkələrdən nümunə götürərək ölüm hökmünü ləğv etməyə çağırıb. Onun sözlərinə görə, bu il İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilir ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. “Yanvarın 1-dən indiyədək ən azı […]