İdman

Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Oxu.Az xəbər verir ki, Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib.

“Qarabağ”ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadə matçlardan əvvəl bu cür yad olunacaq. I Divizionda dünən keçirilmiş oyunlar da bir dəqiqəlik sükutla başlayıb.

Qeyd edək ki, Premyer Liqada XXXIV turun matçları 12, 13, 14 və 17 mayda olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir