Dünya

Slovakiyanın Baş naziri istefa verib

Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməklə bağlı müraciət ünvanlayıb. Müvəqqəti hökumətə rəhbərlik edən Heger nazirlərin istefası ilə bağlı belə bir qərar qəbul edib. Bundan əvvəl onun kabinetinin bir neçə naziri, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri də müvafiq müraciət göndərib. E.Hegerin bazar günü Çaputova ilə görüşəcəyi […]

İqtisadiyyat

Füzuli yaşayış kompleksinin istifadəyə veriləcəyi tarix AÇIQLANDI – FOTO

“Füzuli yaşayış kompleksində yerləşən bütün mənzillər tam təmirli olacaq”. Bunu bazar günü Trend-ə MİDA-nın mətbuat katibi Diana Dadaşova deyib. “Bildiyiniz kimi Füzuli yaşayış kompleksinin inşası Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılmışdır və 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi […]

Dünya

Ərəb Dövlətləri Liqası Suriyanı təşkilata qaytardı

Ərəb Dövlətləri Liqasının üzvü olan ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri bazar günü keçirilən iclasda Suriyanın regional təşkilata qaytarılması barədə qərar qəbul ediblər. Bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əs-Sahaf məlumat verib. “Ərəb Xarici İşlər Nazirləri Şurası Suriyaya Ərəb Dövlətləri Liqasındakı yerini qaytarmaq qərarına gəlib”, – deyə diplomat bildirib. Mənbə: TASS Xeberal.az

Siyasət

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım tədbiri keçirildi – FOTO

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, Milli Qəhrəmanın ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları, tələbələr, məktəblilər və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri […]

Araşdırma

General Rəhimov işdən çıxarıldı, bəs komandası?

Xəbəral.az xəbər verir ki, Nəzər Media.az saytının rəsmi e-poçtuna bir məqalə gəlib. Biz Nəzər Media.az olaraq yazını olduğu kimi sizlərə təqdim edirik.  Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-polkovnik Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi vəzifəsindən azad edildi.  Uzun illər  yüksək vəzifələrdə […]

İdman

“Bakı Marafonu 2023”ün qadınlar arasında qalibi: “Yoldaşıma görə narahat idim”

“Bakı Marafonu 2023”də göstərdiyim nəticədən çox razıyam. Bunu Trend-ə “Bakı Marafonu 2023”ün qadınlar arasında qalibi, Ukraynadan olan idmançı Natalya Simonoviç deyib. “Bakı Marafonu” çox sürətlidir və külək olmasaydı, daha da sürətlə qaçardım. Nəticəmdən çox razıyam, hər şey qaydasında getdi. Mənim üçün qadınlar arasında güclü rəqib yox idi. Yoldaşım da bu gün “Bakı Marafonunda” iştirak etdi, bir az […]

İqtisadiyyat

Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut yollarının əsas parametrləri AÇIQLANDI – FOTO

“İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi uzunluğu 39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 km-lik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib”. Bunu “Report”un tikinti gedən əraziyə ezam olunmuş müxbirinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi İlham Süleymanov deyib. İ.Süleymanovun sözlərinə görə, yol 4 hərəkət zolağından ibarətdir: […]

Kriminal

Tanınmış plastik-cərrah bağ evində öldürüldü – FOTO/VİDEO

Ötən gecə Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib. “Qafqazinfo”nun məlumatına görə, gecə yarısı Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib. Bildirilir ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir […]

Dünya

Ərdoğandan 21 illik uğur paylaşımı – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından etdiyi paylaşımda 21 ildir davam edən uğur zəncirinə yeni halqalar əlavə edəcəklərini və Türkiyə Əsrini yenidən xalqla çiyin-çiyinə quracaqlarını bildirib. Dövlət başçısı paylaşımında ötən illər ərzində əldə olunmuş nailiyyətlərin bir qismini sadalayıb. O, qeyd edib ki, bu uğurlar siyasi baxışından, məzhəbindən, etnik mənşəyindən asılı olmayaraq ölkə üçün […]