Dünya

Kanada pul əskinaslarını dəyişəcək

Kanada Bankı 20 dollarlıq əsginasların üzərindəki təsviri dəyişəcək. Bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib. O, banka əskinasların yenilənməsi barədə göstəriş verib. Məlumata görə, artıq dəyişiklik mərhum kraliça II Elizabetin təsvirinin yeni kral III Çarlzın partreti ilə əvəzlənməsindən ibarət olacaq. Bildirilir ki, kraliçanın şəkli Kanada sikkələrinin üz hissəsindən də silinəcək və Kanada Kral Sikkəxanası […]

Cəmiyyət

“Bakı Marafonu 2023”ün mükafatlandırılma mərasimi keçirildi – YENİLƏNİB + FOTO/VİDEO

“Bakı Marafonu 2023”ün mükafatlandırılma mərasimi keçirilib. Oxu.Az verir ki, mükafatlandırılma iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub. 1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, […]

Dünya

Çavuşoğlu: “ABŞ Türkiyəyə S-400-lərlə bağlı təkliflər verib”

Türkiyə ABŞ-nin S-400 zenit-raket komplekslərini Ukraynaya göndərmək təklifindən imtina edib. Bunu “Habertürk”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazirin sözlərinə görə, ABŞ-dən S-400 ilə bağlı bir neçə təklif alınıb. “Dedilər ki, S-400-ləri araşdırmaq üçün bizə imkan yaradın. Bu, müstəqilliyimizə aid olan bir təklif idi. Bəs onda bizim müstəqilliyimiz haradadır? Bizə hətta onları Ukraynaya […]

Cəmiyyət

Tovuzda VAZ markalı avtomobil yanıb – FOTO/VİDEO

Tovuzda VAZ markalı avtomobil yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Tovuz şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Samir Əliyevə məxsus VAZ-21011 markalı minik […]

Cəmiyyət

Şəmkir sakini intihar etdi

Şəmkirdə intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Kənd sakini Camalov Cəfər yaşadığı evdə odlu silahla özünə atəş açaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Tədbirlər

DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilib. Xəbəral.az-ın məlumatına görə, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri […]

İdman

“Bakı Marafonu 2023”ün kişilər arasında qalibi: “Küləyin çətinliyini öz lehimə çevirdim”

“Bakı Marafonunda əvvəlcə küləyə, sonra rəqiblərinə qalib gəlməlisən”. Bunu Oxu.Az-a açıqlamasında “Bakı Marafonu 2023”ün kişilər arasında qalibi Boqdan Simonoviç deyib. Ukraynalı idmançı bildirib ki, ilk dəfə bu yarışda iştirak edir: “Rəqabət çox yüksəkdir, yarışın marşrutu xeyli çətindir. Hava da küləklidir, amma nəzərə alaq ki, yarışın şüarı da məhz “Küləyə qalib gəl”dir”. Qalib bildirib ki, yekunda […]

Cəmiyyət

Bu gün 23 mindən çox şagird və məzun imtahan verib – YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib. DİM-dən verilən xəbərə görə, imtahan ümumilikdə 21 […]

İdman

Bakıda keçirilən Beynəlxalq Minifutbol Turniri başa çatdı – FOTO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnir başa çatıb. Oxu.Az xəbər verir ki, 1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçirilən turnirdə 10 ölkənin milli komandası mübarizə aparıb. Turnirin final qarşılaşmasında Serbiya və Çexiya komandaları üz-üzə gəlib. Oyun […]

Siyasət

Hadrutun inzibati ərazisinin tikintisi 2024-cü ilin martında başa çatdırılacaq – FOTO

Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır. Bunu “Report”a açıqlamasında Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov deyib. Ə.Zeynalovun sözlərinə görə, Hadrut qəsəbəsində inzibati mərkəzin ümumi sahəsi 4,2 hektar təşkil edir. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının binaları daxildir. Həmçinin 360 yerlik tam orta məktəbin bərpa […]