Cəmiyyət

Tovuzda VAZ markalı avtomobil yanıb – FOTO/VİDEO

Sharing is caring!


Tovuzda VAZ markalı avtomobil yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Tovuz şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Samir Əliyevə məxsus VAZ-21011 markalı minik avtomobilində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin və salonun yanar hissələri yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir