Siyasət

Füzulidə özbək xalqı adından hədiyyə olunan məktəbin hazır olacağı vaxt açıqlandı – FOTO

“Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olunan 960 şagirdlik məktəb inşa olunur və layihəyə əsasən tikinti işlərinin bitməsi bu ilin sonuna gözlənilir”. Bunu “Report”a açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib. “Məktəbdə 40 sinif […]

Siyasət

RİİB-dən “Bakı Marafonu 2023”də “Heydər Əliyev – 100” fləşmobu – VİDEO

Bu gün təşkil olunan “Bakı Marafonu 2023”də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş fləşmob keçirilib. Oxu.Az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilən fləşmobda 2000-dən çox könüllü gənc iştirak edib. Fləşmobda ulu öndər Heydər Əliyevin adı və 100 illik yubiley simvolundan ibarət kompozisiya yaradılıb. Qeyd […]

Siyasət

Kılıcdaroğlunun “yeni layihəsi” Türkiyə, Azərbaycan və Türk Dünyasına nə vəd edir? – FOTO/VİDEO

Millət İttifaqından Türkiyə prezidentliyinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu, öz sözlərilə desək “həyatının ən böyük layihəsini” açıqlayıb. “Twitter” səhifəsində müvafiq videomüraciətini paylaşan siyasətçi bunu qərbyönümlü olmasına dair ittihamlara cavab olaraq etdiyini deyib. O, öz layihəsilə hər kəsə Şərq və ya Qərb tərəfdarı olmadığını, yalnız Türkiyənin maraqlarını düşündüyünü sübut etmək istədiyini bildirib. […]

Siyasət

Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirildi – FOTO

İndiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələri mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində qayıdış hüququ mövzusunda konfrans keçiriblər. Qərbi Azərbaycan İcmasından bildirilib ki, Almaniya Azərbaycanlıları Alyansı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dünyanın müxtəlif ölkələrində məskunlaşmış yüzə yaxın Qərbi azərbaycanlı fəalı iştirak edib. Tədbirdə Qərbi Azərbaycan […]

İdman

“Turan Tovuz” “Neftçi”ni darmadağın etdi – VİDEO

Premyer Liqada 33-cü turun oyunları davam edir. Oxu.Az xəbər verir ki, bu gün “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olub. Oyunda gözlənilməz hesab qeydə alınıb. Meydan sahibləri paytaxt təmsilçisinə 4 cavabsız qolla qalib gəlib. “Turan Tovuz”un heyətində Runi Eva het-trik edib. Xatırladaq ki, Azərbaycan kubokunun yarımfinalında da bu komandalar üz-üzə gəlmişdi. İlk oyunda “Turan Tovuz” 1:0 […]

İqtisadiyyat

Füzulinin Dədəli və Pirəhmədli kəndlərində görüləcək işlər məlum olub

“Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri zamanı Dədəli və Pirəhmədli kəndlərinin təməlini qoyub. Kəndlərin ərazisi müvafiq olaraq 314 hektar və 178 hektar təşkil edəcək”. Bunu “Report”a açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib. Onun sözlərinə görə, ümumilikdə Dədəli […]

Siyasət

Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatdı

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə imtahanı keçirilib. Oxu.Az xəbər verir ki, bununla da müsabiqənin onlayn mərhələsi başa çatıb. İştirakçıların onlayn formada qatıldıqları imtahanda 7024 nəfər namizəd iştirak edib. Suallar verbal məlumatlarla işləmək bacarığı, rəqəmsal məlumatlarla işləmək bacarığı və abstrakt düşüncə olmaqla 3 blok üzrə aparılıb. Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir […]

İdman

“Yuventus”dan səfərdə vacib qələbə – VİDEO

İtaliya çempionatının 34-cü turunun matçında “Yuventus” səfərdə “Atalanta”ya qalib gəlib. Hesabı görüşün 56-cı dəqiqəsində hücumçu Samuel Aylinq açıb. 90+8-ci dəqiqədə Duşan Vlahoviç komandasının fərqini dubl edib – 2:0. Beləliklə, “Yuventus” 66 xal toplayaraq A Seriyasının turnir cədvəlində ikinci pilləyə yüksəlib.Atalanta isə 58 xalla altıncı pillədə qərarlaşıb.   Xeberal.az

Kriminal

Tanınmış cərrahı əri niyə qətlə yetirdi? – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Tovuzda minik maşını yandı. Fövqəladə Hallar Nazirliyi anbaan görüntüləri yaydı. Tanınmış plastik cərrah bağ evində öldürüldü. Əri 41 yaşlı qadını niyə qəltə yetirdi? Dövlət İmtahan Mərkəzi Azərbaycan dili üzrə imtahan keçirdi. Nəticələr nə vaxt açıqlanacaq? Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Siyasət

Türkiyənin Gəncədəki Baş Konsulluğundakı səsvermədə minə yaxın seçici iştirak edib – FOTO

Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermənin sonuncu günündə minə yaxın seçici iştirak edib. “Report”un məlumatına görə, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib. Onun sözlərinə görə, Konsulluqda səsvermənin sonuncu günü də tam şəffaf qaydada davam edir: “Seçkilərin birinci və ikinci günündə olduğu kimi, üçüncü günündə də vətəndaşlarımızın seçkilərə marağı böyük olub. Bu saata qədər təxmini […]