İdman

“Turan Tovuz” “Neftçi”ni darmadağın etdi – VİDEO

Sharing is caring!


Premyer Liqada 33-cü turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, bu gün “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olub. Oyunda gözlənilməz hesab qeydə alınıb. Meydan sahibləri paytaxt təmsilçisinə 4 cavabsız qolla qalib gəlib. “Turan Tovuz”un heyətində Runi Eva het-trik edib.

Xatırladaq ki, Azərbaycan kubokunun yarımfinalında da bu komandalar üz-üzə gəlmişdi. İlk oyunda “Turan Tovuz” 1:0 hesablı qələbə qazansa da, cavab matçında “Neftçi” 2:0 qalib gələrək finala yüksəlib.

“Turan Tovuz” – “Neftçi” – 4:0 

Qollar: Runi Eva, 16, Roderik Miller, 21, Runi Eva, 44, 61
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir