Dünya

Sərxoş “Boris Conson” Niderlandda Ukrayna sürücülük vəsiqəsi ilə saxlanılıb

Niderlandın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun adına verilmiş saxta Ukrayna sürücülük vəsiqəsinə malik sərxoş sürücü həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sadə yoxlama üçün sürücünü saxlasalar da, kişinin sərxoş vəziyyətdə olduğunu anlayıblar. Avtomobilə baxış zamanı saxta sürücülük vəsiqəsi aşkar edilib. Sənəddə Britaniyanın keçmiş baş nazirinin fotosu, həmçinin Consonun əsl adı və doğum […]

Dünya

Hollivudda son 15 ilin ən böyük etiraz aksiyası olacaq: Ssenaristlər tətilə hazırlaşırlar

Hollivud ssenaristləri son 15 ilin ən böyük tətilini keçirmək qərarına gəliblər. Onlar maaşların aşağı olmasına etiraz edirlər. Məlumata görə, Amerika Yazıçılar Gildiyası ilə Hollivud studiyaları arasında müqavilə mayın 1-də başa çatır. Lakin tərəflər arasında aparılan danışıqlar heç bir nəticə verməyib. “Abbott Elementary School” (“Abbott İbtidai məktəbi”) serialının yazıçısı Brittani Nikolsun sözlərinə görə, ssenaristlər həqiqətən tətilə […]

Dünya

Keçmiş baş nazirin iqamətgahından xalat və başmaqlar yoxa çıxdı: 12 min funt-sterlinq ödəməlidir

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass 12 min funt-sterlinq dəyərində ziyana düşüb. Trass şəhərdən kənarda yerləşən Çeveninq iqamətgahından yoxa çıxan xalat və başmaqların hesabını hökumətə ödəməlidir.  Bu barədə “Times” qəzeti adı açıqlanmayan mənbəyə istinadən xəbər verib. Məlumata görə, Britaniya Nazirlər Kabineti katibliyi keçmiş baş nazirlə əlaqə saxlayıb və onun vəzifədə olduğu zaman qonaq qəbul etdiyi […]

Dünya

Fransa Polineziyasında müstəqillik tərəfdarları qalib gəliblər

Fransız Polineziyasında keçirilən seçkilərdə müstəqilliyi dəstəkləyən “Tāvini Huiraʻatira” (“Yerli xalqın xidmətçiləri”) Partiyası qalib gəlib. İlkin nəticələrə görə, keçmiş prezident Oskar Temarunun partiyası ikinci turda Paris üçün daha əlverişli kurs elan edən hazırkı Prezident Eduard Fritşin siyasi iradəsini üstələyərək 44,3% səs toplayıb. Fransanın daxili işlər naziri Cerald Darmanin “polineziyalıların dəyişikliyə səs verdiyini” etiraf edib və “soydaşlarımızın […]

Dünya

Netanyahu: “İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”

İsrail İranın nüvə silahına sahib olmaması üçün əlindən gələni etməyə davam edəcək və bu işdə ABŞ ilə birgə səylərə arxalanacaq. Bunu bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin (parlament – red.) yay sessiyasını açarkən deyib. Onun açıqlamalarını hökumətin mətbuat xidməti yayıb. “Birinci və ən təcili məsələ İsrail və ABŞ-nin İranın nüvə silahı əldə etməsinin […]

Dünya

Bahar fəslində Erzincanda yağan qar insanları təəccübləndirdi – VİDEO

Türkiyənin Erzincan şəhərinə qar yağıb. Gecə boyu yağan yağış səhər saatlarında qarla əvəz olunub. Refahiyə rayonunun Gemecik kəndinə yağan qar insanları təəccübləndirib. Keşiş və Munzur dağlarının zirvələri tamamilə qarla örtülüb. Erzincan-Sivas avtomobil yolunun 2190 metr hündürlüyündə olan Kızıldağ aşırımında da qar öz təsirini göstərib. Ərazidə yağış və qarın davam edəcəyi, Ərzincan və Bayburt ətrafında güclü […]

Dünya

ABŞ-nin keçmiş prezidenti Şotlandiyada özünə qolf meydançaları tikəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp sahibi olduğu bir neçə otel və qolf meydançalarını ziyarət etmək üçün Şotlandiyaya gəlib. Trampın Böyük Britaniyaya səfəri ona qarşı irəli sürülən təcavüz ittihamından sonra baş tutub. “Evə qayıtmaq çox gözəldir”, – deyə Aberdin hava limanına enən Tramp bildirib. Məlumdur ki, onun anası Meri Enn Tramp Şotlandiyada dünyaya gəlib. Bundan əvvəl […]

Cəmiyyət

Sakinlər hektarlarla yerin zəbt olunduğunu, İcra Hakimiyyəti isə bina tikiləcəyini deyir – VİDEO

Suraxanı rayonunun Zığ qəsəbəsindəki bu yer hasara alınıb, ərazidə tikinti işləri sürətləndirilib. Xezerxeber.az xəbər verir ki, qəsəbə sakinləri illərdir heyvanlarının örüş yeri kimi istifadə olunan 37 hektar torpaq sahəsinin qanunsuz zəbt olunduğunu iddia edirlər. Onların sözlərinə görə, sənəddə örüş yeri kimi qeyd olunan ərazidə hansısa tikinti şirkəti tərəfindən 11 mərtəbədən ibarət 3 yaşayış binası tikilir. Sakinlər […]

Cəmiyyət

Qəzaların sayı son zamanlar niyə çoxalıb? – VİDEO

Dəfələrlə yol polisi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaq mümkün olmur. Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli Xezerxeber.az-a bildirib ki, baş verən yol nəqliyyat hadisələri məhz sürücülərin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi səbəbindən yaşanır: “Bəzi hallarda isə sürücülər avtomobilin texniki sazlığına əmin olmadan yola […]

Cəmiyyət

Bakıda motosiklet sürücüsü maneəyə çırpıldı

Bakının Nizami rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. “Report”un məlumatına görə, 1988-ci il təvəllüdlü Mehdiyev Mikayıl Haqverdi oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az