Dünya

Netanyahu: “İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”

Sharing is caring!


İsrail İranın nüvə silahına sahib olmaması üçün əlindən gələni etməyə davam edəcək və bu işdə ABŞ ilə birgə səylərə arxalanacaq.

Bunu bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin (parlament – red.) yay sessiyasını açarkən deyib.

Onun açıqlamalarını hökumətin mətbuat xidməti yayıb.

“Birinci və ən təcili məsələ İsrail və ABŞ-nin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birgə səyləridir. İsrail Müdafiə Qüvvələri və ABŞ ordusu bu yaxınlarda İsrail tarixində ən böyük hərbi təlimi başa vurdu və buna görə təşəkkür etmək istəyirəm”, – hökumət başçısı bəyan edib.

Netanyahunun sözlərinə görə, hər iki ölkə “İrandakı fanatik rejimin yaratdığı təhlükəni açıq şəkildə görür və bu, təkcə İsrail üçün deyil, həm də ABŞ və bütün azad dünya üçün təhlükə yaradır”.

“İranın nüvə silahı prosesinin qarşısının alınması zərurəti Knessetin yay sessiyası zamanı İsrailin əsas prioritetləri arasında qalacaq”, – baş nazir əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir