Dünya

Hollivudda son 15 ilin ən böyük etiraz aksiyası olacaq: Ssenaristlər tətilə hazırlaşırlar

Sharing is caring!


Hollivud ssenaristləri son 15 ilin ən böyük tətilini keçirmək qərarına gəliblər.

Onlar maaşların aşağı olmasına etiraz edirlər.

Məlumata görə, Amerika Yazıçılar Gildiyası ilə Hollivud studiyaları arasında müqavilə mayın 1-də başa çatır. Lakin tərəflər arasında aparılan danışıqlar heç bir nəticə verməyib.

“Abbott Elementary School” (“Abbott İbtidai məktəbi”) serialının yazıçısı Brittani Nikolsun sözlərinə görə, ssenaristlər həqiqətən tətilə hazırlaşırlar. O hesab edir ki, bu addım televiziya və kino layihələrinin hazırlanması və istehsalını dərhal dayandıracaq. Tətil uzun müddət davam edərsə, studiyalar payız mövsümlərinin buraxılışlarını vaxtında başa çatdıra bilməyəcəklər.

“Warner Bros Discovery” film şirkətinin rəhbərlərindən biri Devid Zaslav aprelin 17-də “The New York Times” qəzetinə bildirib ki, tətil bütün film sənayesi üçün problemlər yaradacaq.

Eyni zamanda danışıqlar komitəsi qeyd edib ki, studiyalar əsas iqtisadi məsələlərə dair tutarlı cavab verə bilməyiblər və ancaq bir neçə sahədə kiçik güzəştlər təklif ediblər.

Mənbə: “Bloomberg”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir