İdman

Premyer Liqa: “Lester” və “Everton”dan heç-heçə – VİDEO

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, aşağı sıralarda qərarlaşan “Lester” və “Everton” heç-heçəyə razılaşıblar – 2:2. Mersisayd klubu Kalvert-Lyuinin qolu ilə hesabda önə keçsə də, “tülkülər” Çağlar Söyüncü və Ceymi Vardinin sayəsində ilk yarının sonunadək üstünlük əldə ediblər. Lakin ikinci hissənin əvvəllərində Aleks Ayvobi qonaq komandaya xal qazandıran topu vurub. […]

İdman

Messi Səudiyyə Ərəbistanına gedib

Fransanın PSJ futbol klubunun hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına gedib. Bu barədə jurnalist Əbdül Rəhman Əl-Rəfdan sosial şəbəkələrdə məlumat yayıb. Qeyd olunur ki, Messinin səfəri onun “Əl-Hilal”a mümkün keçidi ilə bağlı deyil. Hücumçu ölkənin turizm səfiri olduğu üçün ikinci dəfə Səudiyyə Ərəbistanına uçur. Uzun müddətdir ki, mətbuatda Lionel Messinin PSJ-dən “Barselona”ya qayıtması ilə bağlı məlumatlar […]

Cəmiyyət

Bakı-Qazax yolunda yük maşını ilə minik avtomobili toqquşdu: Ölən var

Goranboyda ölümlə nəticələnən ağır qəza baş verib. APA-nın məlunatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük maşını ilə VAZ-2106 markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşının sürücüsü xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

“Sədərək”də DAVA: Yaralanan var

“Sədərək” Ticarət Mərkəzində dava olub.  Lent.az-ın məlumatına görə, bir qrup şəxs arasında düşən davada Bakı şəhər sakini 43 yaşlı Mansur Adıyev döyülüb. Hadisə ilə bağlı polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.  Xeberal.az

Cəmiyyət

Bakının mərkəzində əcnəbi turistlərdən özbaşınalıq – VİDEO

Bakıda gecə saatlarında əcnəbi turistlərin şəhərin mərkəzində etdikləri özbaşınalıq sosial şəbəkələrdə gündəm olub. Oxu.Az-ın məlumatına görə, yayılan görüntülərdə turistlərin, avtomobil parkı üçün nəzərdə tutulan nişanı qırdığı anlar əks olunub. Qeyd edək ki, sözügedən görüntülər paytaxtın Üzeyir Hacıbəyov küçəsində lentə alınıb. Həmin görüntüləri təqdim edirik:   Xeberal.az

Siyasət

Blinken: “Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır” – FOTO

“Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”. “Report” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib. “Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yeni Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində sülh danışıqlarına ev sahibliyi edirik. Dialoq Cənubi Qafqaz regionunda davamlı […]

Dünya

Zukerberqin siyasəti “Meta”da mənəvi böhran yaratdı

“Meta” komandasının daxilində ixtisarlar fonunda şirkətin rəhbəri Mark Zukerberqə qarşı mənəvi böhran və etimadsızlıq artır. Bu barədə “Washington Post” əməkdaşların anonim açıqlamalarına istinadən yazıb. Materialda qeyd edilir ki, şirkət əvvəllər də böhran dövrləri ilə üzləşib, lakin rəhbərlik həmişə öz gələcəyinə inamını qoruyub. Hazırda isə söhbət ixtisara düşən on minlərlə işçidən və qeyri-müəyyən perspektivlərdən gedir. Şirkətin çətinlikləri […]

İdman

“Zirə”nin bir futbolçusu zəhərlənib, digəri mövsümü erkən başa vurub

“Zirə”nin futbolçusu Məhəmməd Həmdui üçün mövsüm vaxtından əvvəl başa çatıb. “Report”un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə “Turan Tovuz”a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXXII tur oyunundan sonra açıqlama verib. 41 yaşlı mütəxəssis niderlandlı hücumçunun “Qəbələ” ilə XXIX tur matçında (1:2) aldığı zədəni təkrarladığını bildirib: “İki-üç həftə yenidən fizioterapevt nəzarəti altında […]

Cəmiyyət

Ucarda ikimərtəbəli evdə yanğın baş verdi

Ucar şəhərində ikimərtəbəli evdə yanğın olub. APA xəbər verir ki, ümumi sahəsi 500 kvadratmetr (hər mərtəbəsi 250 kvadratmetr) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd televizor və 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az