Cəmiyyət

Qəzaların sayı son zamanlar niyə çoxalıb? – VİDEO

Sharing is caring!


Dəfələrlə yol polisi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaq mümkün olmur.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli Xezerxeber.az-a bildirib ki, baş verən yol nəqliyyat hadisələri məhz sürücülərin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi səbəbindən yaşanır:

“Bəzi hallarda isə sürücülər avtomobilin texniki sazlığına əmin olmadan yola çıxırlar. Bununla yanaşı, sürücülərin bəziləri işıqforun qırmızı işığından keçməklə də yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olurlar”.

Baş Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara növbəti dəfə xəbərdarlıq edib:

“Xüsusilə də ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməməsi üçün yollarda daha diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl edilməlidir”.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir