Siyasət

Qənirə Paşayeva: “Bu mesajı verənlər layiq olduğu cavabı alacaqlar”

“Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq. Dəhşətli bir cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları qısa zamanda bu hücumu sifariş edənləri və törədənləri aşkara çıxaracaq”. Bu sözləri “Report”a Milli Məclisin deputatı Qənirə Paşayeva Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib. “Fazil bəy mövqeyini həmişə açıq şəkildə bildirib. Bu mesajı verənlər çox yanlış yollara əl atırlar. […]

Cəmiyyət

FHN-dən Sumqayıtda çoxmərtəbəli binada baş verən yanğınla bağlı açıqlama – YENİLƏNİB + VİDEO

Sumqayıt şəhəri, H.Əliyev prospekti, 9-cu məhəllə, bina 9 ünvanında baş verən yanğın mühafizə olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə DYMX-nın müvafiq qüvvələri dərhal hadisə yerinə çatıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının qarşısında 3 ədəd şam ağacı […]

AKTUAL

Mehdiyevin “B” planı İŞƏ DÜŞÜB: Səfərlinin əmlakının geri qaytarılmasının İLGİNC DETALLARI

Keçmiş KİVDF-nin həbsdə olan sabiq sədri Vüqar Səfərlinin müsadirə edilən əmlaklarının məhkəmə tərəfindən geri qaytarılması cəmiyyətdə birmənalı qarşılanmayıb. Korrupsiya əməllərinə görə həbs edilən və əmlakları əllərindən alınan sabiq məmurların qısa zamanda azadlığa buraxılması və mülklərinin özlərinə qaytarılması tendensiyası insanların haqlı narazılığı ilə nəticələnir. Bütün bunlar isə cəmiyyət və dövlət arasındakı münasibətlərin sarsılmasına gətirib çıxara bilər.   […]

Cəmiyyət

İçməli su 10 gündür zirzəmiyə axır – VİDEO

Bakının Əmircan qəsəbəsi, Qulu Quliyev, ev 41 ünvanında martın 15-də evin həyətindən keçən su xətti partlayıb. Hadisə nəticəsində içməli su evin həyətinə dolur. Məsələ ilə bağlı sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, bir tədbir görülməyib. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Dünya

Eyfel qülləsi ziyarətçilərin üzünə bağlandı

Fransada pensiya islahatları ilə əlaqədar ümummilli tətilə görə Eyfel qülləsi ziyarətçiləri qəbul etməyi dayandırıb. Bu barədə paytaxt rəhbərliyindən bildirilib. “Ümummilli tətilə görə, Eyfel qülləsi hazırda bağlıdır”, – deyə məlumatda bildirilib. Xatırladaq ki, bir gün əvvəl Luvr muzeyi işçilərin tətili səbəbindən ictimaiyyət üçün bağlanmışdı. Fransada pensiya yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Yeni qanuna […]

Dünya

Bakıda millət vəkili Fazil Mustafa güllələndi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Özbaşına heç kim, heç bir iş görə bilməz”. Prezident İlham Əliyev xəbərdarlıq etdi. Bakıda millət vəkili Fazil Mustafa güllələndi. Deputat evinin qarşısında silahlı hücuma məruz qaldı. Rusiya işğal etdiyi ərazilərdən minlərlə uşağı oğurlayıb. Ukrayna baş nazirinin müavini dəhşətli rəqəmləri açıqladı. Fransada əhali yenidən küçələrə axışdı, polislə toqquşmalar baş verdi. Pensiya […]

Şou-Biznes

Tanınmış aktrisanın yeni sevgilisi ÜZƏ ÇIXDI – FOTO

Yazıçı Metin Hara ilə münasibətini bitirən aktrisa Hilal Altınbilek Metin Can Uzunla jurnalistlərin kameralarına yaxalanıb.  Lent.az xəbər verir ki, Metin ilə yaşadıqları eşqi gizlətmək istəyən Hilal media nümayəndələrinin əlindən qaça bilməyib.  Avtomobilə yenicə əyləşən cütlük jurnalistləri salamlayaraq evlərinə gedib.  Onların fotolarını təqdim edirik:

Siyasət

Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib – VİDEO

28 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində […]

Hadisə

Fazil Mustafa güllələndi – Yenilənir

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.  Xəbəral.az “Musavat”a istinadən xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir. Xəbəral.az

Kriminal

Bakı-Qazax yolunda iki avtomobil toqquşdu: Ölən var

Bakı-Qazax avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində “Hyundai Santa Fe” və VAZ-2106 markalı avtomobil toqquşub. Nəticədə VAZ-2106 avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti […]