Dünya

Eyfel qülləsi ziyarətçilərin üzünə bağlandı

Sharing is caring!


Fransada pensiya islahatları ilə əlaqədar ümummilli tətilə görə Eyfel qülləsi ziyarətçiləri qəbul etməyi dayandırıb.

Bu barədə paytaxt rəhbərliyindən bildirilib.

“Ümummilli tətilə görə, Eyfel qülləsi hazırda bağlıdır”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, bir gün əvvəl Luvr muzeyi işçilərin tətili səbəbindən ictimaiyyət üçün bağlanmışdı.

Fransada pensiya yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Yeni qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir