Kriminal

Bakı-Qazax yolunda iki avtomobil toqquşdu: Ölən var

Sharing is caring!


Bakı-Qazax avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində “Hyundai Santa Fe” və VAZ-2106 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2106 avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir