Cəmiyyət

Fətəli xan bacısını niyə zorla ərə verdi? – VİDEO

Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı. Mövcud xanlıqları birləşdirmək isə mümkünsüz görünürdü. Belə bir zamanda 22 yaşlı Fətəli Qubada taxta oturur. Hakimiyyəti dövründə o, Bakı, Dərbənd, Şamaxı, Şəki, həmçinin Talış, Gilan və Ərdəbili də özünə tabe edir. Fətəli xanın nüfuzu getdikcə artmağa başlayırdı. 1760-cı ildə Dərbəndi bir güllə belə atmadan ələ keçirən Fətəli xan […]

İdman

Dünya çempionatının bürünc mükafatçısı: “Məqsədim olimpiadaya lisenziya qazanmaqdır”

“Məqsədim Avropa Oyunlarına yaxşı hazırlaşıb, olimpiadaya lisenziya qazanmaqdır”. “Report” xəbər verir ki, bunu Hindistanın paytaxtı Yeni Dehlidəki dünya çempionatında bürünc medal qazanmış Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Bakıda qarşılama zamanı deyib. 81 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarışa çox ciddi hazırlaşdıqlarını bildirib: “Hindistana medal əldə etmək üçün yollanmışdıq. Buna həm fiziki, həm də psixoloji […]

Cəmiyyət

Satışa çıxarılan kəndin əhalisi haradadır? – AÇIQLAMA

Gədəbəydə satışa çıxarılan Musayal kəndinin sakinləri qış aylarında evlərini qoyub, Şəmkirə köçürlər. Bununla bağlı Oxu.Az-a sözügedən kəndin icra nümayəndəsi Məhəd Tağıyev məlumat verib. O qeyd edib ki, kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar və demək olar, hər bir ailənin Şəmkirdə də evi var: “Qış aylarında kənddə hava çox sərt keçir. Əhali buna görə qışlaq […]

İdman

Azərbaycanın U-19 millisi Şimali Makedoniyaya məğlub oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub. “Report”un məlumatına görə, Bakıda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Halbuki “Dalğa Arena”dakı matçda hesabı Aqil Nəbiyevin yetirmələri açıblar. 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib. Lakin Marko Stoyilevskinin 77, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib. Qeyd edək […]

Cəmiyyət

Elektriklə balıq ovlayanlar saxlanılıblar – FOTO

DİN-in Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində keçirilən növbəti reyd zamanı kustar üsulla hazırlanmış elektrik […]

Cəmiyyət

AMEA-nın alimləri ərazilərin minalardan təmizlənməsi üçün yeni qurğu hazırladılar

AMEA-nın alimləri ərazilərin minalardan təmizlənməsi üçün yeni qurğu hazırlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Elm gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. O, xüsusilə radioaktivliyi müəyyən edən və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə töhfə verə biləcək yeni ixtiranın ANAMA-nın dəstəyi ilə sınaqdan keçirilməsinin və bu istiqamətdə sözügedən təşkilatla […]

Cəmiyyət

Kürqırağı quraşdırılmış su nasos stansiyalarının fəaliyyəti bərpa olundu – FOTO

Kürqırağı quraşdırılmış su nasos stansiyalarının fəaliyyəti bərpa olunub. “Report”un məlumatına görə, bir müddət əvvəl dəniz suyunun Kür çayına qarışmasının qarşısını almaq məqsədilə deltada suaşıran bənd vurulub. Buna baxmayaraq, çayda suyun səviyyəsi minimum həddən aşağı olduğundan Kür Xəzərə qovuşa bilmirdi. Nəhayət son günlər Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi bir metrə qədər qalxıb. […]

Cəmiyyət

Göyçayda 38 yaşlı kişi özünü asdı

Göyçayda 38 yaşlı kişi intihar edib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Şahsoltanlı kənd sakini, 1985-ci il təvəllüdlü Həmidov Rəhim Nazir oğlu yaşadığı evdə özünü asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Rəhim Həmidovun özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Onun meyiti müayinə üçün Səhiyyə […]

Şou-Biznes

“Biz kimden kaçıyorduk anne?” serialının heyətində bu məşhurlar var

"Netflix" platformasında yayımlanmağa başlayan "Biz kimden kaçıyorduk anne?" serialı ilə bağlı yeni detallar məlum olub. Lent.az-ın məlumatına görə, Türkiyə istehsalı olan ekran işinin baş rol ifaçısı, məşhur aktrisa Melisa Sözendir. Serialın ssenarisi yazıçı Perihan Mağdenin eyniadlı romanından götürülüb. Serialda aktyorlar Alper Çankaya, Hakan Emre Ünal, Meriç Rakalar, Emrah Kolukısa, Kubilay Tunçer də iştirak edirlər. Bundan […]