Şou-Biznes

“Biz kimden kaçıyorduk anne?” serialının heyətində bu məşhurlar var

Sharing is caring!

"Netflix" platformasında yayımlanmağa başlayan "Biz kimden kaçıyorduk anne?" serialı ilə bağlı yeni detallar məlum olub.

Lent.az-ın məlumatına görə, Türkiyə istehsalı olan ekran işinin baş rol ifaçısı, məşhur aktrisa Melisa Sözendir.

Serialın ssenarisi yazıçı Perihan Mağdenin eyniadlı romanından götürülüb. Serialda aktyorlar Alper Çankaya, Hakan Emre Ünal, Meriç Rakalar, Emrah Kolukısa, Kubilay Tunçer də iştirak edirlər.

Bundan başqa, serialda otellərdə qalaraq qaçaq bir həyat yaşayan, sirli ana ilə gənc qızın başına gələnlərdən bəhs edilir. Təhdidlərlə üzləşən ana və qızının keçmişdə yaşadıqları hadisələr həyəcanla tamaşaçının gözü önünə gətirilir. 

Qeyd edək ki, ekran işi bir neçə gündür sosial şəbəkələrdə böyük reaksiya toplaya bilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir