Cəmiyyət

Kürqırağı quraşdırılmış su nasos stansiyalarının fəaliyyəti bərpa olundu – FOTO

Sharing is caring!


Kürqırağı quraşdırılmış su nasos stansiyalarının fəaliyyəti bərpa olunub.

“Report”un məlumatına görə, bir müddət əvvəl dəniz suyunun Kür çayına qarışmasının qarşısını almaq məqsədilə deltada suaşıran bənd vurulub. Buna baxmayaraq, çayda suyun səviyyəsi minimum həddən aşağı olduğundan Kür Xəzərə qovuşa bilmirdi.

Nəhayət son günlər Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi bir metrə qədər qalxıb. Nəticədə Kür çayı suaşıran bəndin üzərindən keçməklə Xəzər dənizinə qovuşub.

Bununla da rayonda əkin sahələrinin suvarılmasında yaranmış çətinliklər də aradan qaldırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir