İdman

Azərbaycanın U-19 millisi Şimali Makedoniyaya məğlub oldu

Sharing is caring!


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub.

“Report”un məlumatına görə, Bakıda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Halbuki “Dalğa Arena”dakı matçda hesabı Aqil Nəbiyevin yetirmələri açıblar. 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib. Lakin Marko Stoyilevskinin 77, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib.

Qeyd edək ki, bu komandalar arasında martın 24-də keçirilən ilk yoxlama görüşü qolsuz bərabərliklə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir